Asanlıq dini İslam
...Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir... (Bəqərə surəsi, 185)
  • Kitablar

     

    Adnan Oktar deyirki ...

     

    Bir ayə, bir açıqlama


  • Quran asanlığa aparan rəhbərdir

    Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik. (Ta ha surəsi, 2-3)

    Allah tarix boyunca bütün insanlığa doğrunu tapmaları, dəqiq olan məlumata çata bilmələri və din haqqında məlumat əldə edə bilmələri üçün müqəddəs kitablar, bu kitabları insanlara çatdıran və açıqlayan peyğəmbərlər göndərmişdir. Allahın insanlara yol göstərən endirdiyi son kitab isə Qurandır. Bir ayədə Quranın yol göstərici xüsusiyyəti üçün belə bildirilir:

     

    Daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir (Ali İmran surəsi, 4)

     

    Allahın Qurandan əvvəl endirdiyi kitablar müşriklər və dinə düşmən olan insanlar tərəfindən təhrif edilmişdir. Bu kitablara bir çox xurafat və batil inanc əlavə olunaraq mənalarından uzaqlaşdırılmışdır. Ancaq Allah son müqəddəs kitab olan Quranın təhrif olunmasının mümkün olmadığına dair ayələrdə qəti bir hökm vermiş və qiyamət gününə qədər qorunacağı bildirmişdir:

    Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (Hicr surəsi, 9)

     

    Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir. (Fussilət surəsi, 42)

     

    Quranın qiyamətə qədər etibarlı olduğunu və qorunacağını bilən möminlər bunun dinclik və rahatlığını yaşayarlar. Quran insanın hər hökmündən, hər əmrindən qətidir. Ürəklərdə və vicdanlarda heç bir şəkk və şübhə meydana gəlmədən tabe olunacaq bir kitabdır. İnsanlar üçün bu cür "etibarlı" bir yol göstəricisinin olması çox böyük nemət və Allah qatından verilmiş bir rəhmətdir. Allah Quranın möminlər üçün əhəmiyyətini bir ayəsində belə xəbər verməkdədir:

     

    … Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)

     

    Quranı bilən və özünə rəhbər edən insan yaradılış məqsədini, Allahın məmnuniyyətini, rəhmətini, cənnətini qazanmanın yolunu, cənnət və cəhənnəmdə necə bir həyat olacağını, Allahın yaratmasındakı sirləri, ən gözəl əxlaqı, bir çox məlumatı doğru və əskiksiz şəkildə öyrənər. Bir insanın din haqqında soruşa biləcəyi və başqa insanlar tərəfindən öyrənə biləcəyi hər cür suallara cavab Qurandadır.

    Quran ayələri ilə həm din, həm də insanların ixtilafa düşəcəkləri haqda məlumatlar verilmişdir. Allah Quranda insanların ixtilafa düşdüklərinin açıqlanmasını belə bildirmişdir:

     

    Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, ona cavab olaraq Biz sənə haqqı və ən yaxşı yozumu verməyək. (Furqan surəsi, 33)

     

    Ayədə görüldüyü kimi Quran Allaha iman edən, saleh qullar üçün böyük bir rəhmət və hər mövzuda yol göstəricidir. Allah Quran yoluyla bizə bilmədiyimiz yaradılışın sirri olan mövzuları bildirər və bütün insanları bu məlumatlarla xəbərdar edər. Məsələn, Quranda şeytanın varlığı, xüsusiyyətləri, məqsədi, insanlara hansı istiqamətlərdən yaxınlaşa biləcəyi, nə kimi üsullar istifadə edə biləcəyi və hiyləgər xarakteri haqqında məlumat verilməkdədir. Bununla yanaşı bir insanın şeytanın təsirindən necə çıxa biləcəyinin yolu göstərilməkdədir. Quranda şeytan haqqında izah edilənlərin möminlər üçün çox böyük əhəmiyyəti var. Çünki şeytan kimi hiyləgər və gözlərinə görülməz yollarla yaxınlaşan bir düşmənə qarşı insanlar daima ayıq olmalıdırlar.

     

    Quran son dərəcə aydın olan və hər kəsə xitab edən bir kitabdır. Buna görə insanların axirət günündə Allaha dünyada etdikləri işlər üçün hesab verərkən “Mən bundan xəbərsizdim, mənə bildirilməmişdi” deyə bəhanə göstərə biləcəkləri heç bir mövzu yoxdur. Allah insanları Quran vasitəsi ilə xəbərdar etmiş və həyatlarıyla əlaqədar ən əhəmiyyətli mövzularda məlumatlandırmışdır.

     

    Allah Quran ayələrində insanlara daha asan qavrayıb anlaya bilmələri üçün müxtəlif şəkillərdə açıqlamalar göndərmişdir. Allah Quranın bu yolunu ayələrində belə bildirir:

     

    Həqiqətən, Biz onlara elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan bir Kitab göndərdik (Əraf surəsi, 52)

     

    … Gör ayələrimizi necə izah edirik ki, bəlkə başa düşsünlər. (Ənam surəsi, 65)

     

    Allahın bu hökmlərinə baxmayaraq insanların düşdükləri səhvlərdən biri isə Quranın hər insan tərəfindən aydın anlaşılan olmadığını fikirləşmələridir. Çox insan Quranın oxunması, başa düşülməsi və yaşana bilməsi üçün uzun illər sürən bir təhsilə ehtiyac olduğunu zənn edir. Bu mühakiməyə çatan kəslərin böyük bir qismi isə əslində bir dəfə belə Quranı oxumamışdır. Oxusa belə anlamağı sınamamışdır, keçici olmuşdur. Halbuki Quran Allahın ayələrində bildirdiyi kimi açıq-aşkardır. Səmimi olaraq Quranı oxuyan hər insan onu asanlıqla anlaya bilər. Quranın dilinin son dərəcə anlaşılan olması insanlar üçün çox böyük bir nemətdir. Allah insanların Quranı rahatlıqla oxuyub anlamaları üçün asanlaşdırdığını bir ayədə belə bildirər:

     

    Biz onu (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən. (Məryəm surəsi, 97)

     

    Allah rəhmətini və mərhəmətini, insanların anlaması üçün dinini bu qədər asanlaşdırmışkən, insana düşən yalnız Allahın bildirdiklərini düşünmək və onları tətbiq etməkdir. Bir çox insan bu qədər asan bir yolu qoyub, çətin olanı seçməklə Qurandan uzaq yaşamaqdadırlar. Necə ki, bu ayədə bildirildiyi kimi Peyğəmbərimiz (s.ə.v) də bu mövzuda Allaha belə səslənmişdir:

    Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” – dedi. (Furqan surəsi, 30)

     

    Ürəkləri razı qalmış, Allaha bağlanan möminlər isə Quranın hökm və hikmət sahibi olan Rəbbimizdən göndərilmiş bir hidayət rəhbəri olduğunu bilərlər. Allah Quranın “möminlər üçün şəfa və rəhmət” (İsra surəsi, 82) olduğunu da bildirmişdir. Quran ayələri ilə insanın ağlında meydana gələ biləcək suallar və şübhələr tamamilə ortadan qalxar, insan özü üçün ən uyğun olan əxlaqı və həyat formasını öyrənmiş olar.

    Bu çox əhəmiyyətli bir nöqtədir: Allah insanları İslam qayda-qanunlarına uyğun olaraq yaşadıqları üçün xoşbəxt, dinc, sağlam şəkildə yaratmışdır. Bunları əldə etmək üçün Qurandan başqa yol axtaranlar minlərlə, milyardlarla il keçsə də heç bir zaman axtardıqlarını tapa bilməyəcəklər. İnsanın dünyada və axirətdə rahatlaması üçün tək yol Allahın insanlar üçün endirdiyi Qurana və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə tabe olmasıdır. Allahın ayəsində bildirilir. Quran insanları qaranlıqlardan işığa çıxaran yeganə haqq Kitabdır:

     

    Əlif. Ləm. Ra. Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır. (İbrahim surəsi, 1)

     

    Allah kitabının nuruna uyanlar, yol göstərməsinə tabe olanlar, - Allahın diləməsi ilə - dünyada və axirətdə daim asanlıqlarla qarşılaşacaq, gözəl bir həyat yaşayacaqlar.

     

  • Allah asan olanı əmr etmişdir

    İnsanların bir çoxunun din haqqındakı məlumatları, balaca vaxtlarından etibarən ətraflarından əldə etdikləri məlumatlara söykənir. Dini, əsl qaynağından, yəni Qurandan öyrənmədikləri üçün də, din adı altında bir çox xurafata, əsassız inanca qapılarlar. Bu inancların ən təhlükəlilərindən biri isə, dini yaşamağın çətin olduğu şəklindəki həqiqətə uyğun olmayan inancdır.

     

    Tarix boyunca, dini özündən kənarlaşdırmağı məqsəd qoyan və dinin yaşanmasına maneə törətmək üçün müxtəlif üsullar sınayan kəslər, dinə bir çox çətinləşdirici əməl və xurafat qatmağa çalışmışlar. Öz törətdikləri əməllər üzündən bilərək və ya bilməyərək insanların dindən uzaqlaşmalarına səbəb olmuşlar. Halbuki, Allahın Quranda bildirdikləri və Peyğəmbər əfəndimizin sünnəsi bizə dinin yaşanmasının səmimi insanlar üçün son dərəcə asan olduğunu öyrədir.

     

    Əvvəlcə bunu ifadə etmək lazımdır ki; Allah kainatdakı hər şey kimi insanı da yoxdan var etmişdir. İnsanı ən yaxşı tanıyan, ona şah damarından daha yaxın olan Allah, dini də insanın yaradılışına uyğun yaratmışdır. Allah bir ayəsində insanın din ilə fitrətinə (yaradılışına) ən uyğun olana çağırıldığını belə xəbər verir:

     

    Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz. (Rum surəsi, 30)

     

    Rəbbimizin şəfqət və mərhəməti olaraq çağlar boyu göndərilmiş bütün haqq dinlər hər vaxt çox asan tətbiq oluna bilən hökmlərə sahib olmuşlar. Çünki Allah insanlar üçün daim asanlıq diləmişdir və "... Allah, sizə asanlıq diləyər, çətinlik diləməz..." (Bəqərə surəsi, 185) ayəsi ilə bu həqiqəti xəbər vermişdir. Allahın sərhədlərinə uyğun gələn bir insan eyni zamanda, yaradılışına ən uyğun olan son dərəcə gözəl bir həyatı yaşayan insandır.

     

    Bu həqiqəti bilməyən bəzi insanlar isə, din əxlaqının sərhədləri qalxdığı təqdirdə daha rahat yaşayacaqlarını; məsələn əxlaqi dəyərlərə əhəmiyyət vermədikləri zaman azad olacaqlarını düşünərlər. Ya da dinin həyatlarını çətinləşdirəcək bəzi məhdudlaşdırmalar gətirəcəyini zənn edərlər. Halbuki bütün bunlar insanların qapıldıqları çox böyük yanılmalar və şeytanın aldatmacalarıdır. Çünki Allahın dinini yaşamaq, insanlara əmr etdiklərini yerinə yetirmək son dərəcə asandır. Əsl çətin olan, Allahın bildirdiyi sərhədləri tanımayan insanlardan ibarət olan bir cəmiyyətdə yaşamaqdır. Belə bir həyatın sonu son dərəcə pis nəticələrlə bitir.

     

    Əvvəlcə din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə və ya dinsiz insanların həyatlarında daim xaos, qarışıqlıq, narahatlıq, qorxu, bədbəxtlik və stres vardır. Allahdan qorxmayan bir insan hər cür əxlaqsızlığı edər, heç bir mövzuda sərhəd tanımaz və degenerasiya bir həyat sürər. Belə bir həyatda insanlar bir-birlərinə qarşı fədakarlıq göstərməz, sevgi, hörmət bilməz, maddi və mənəvi dəstək verməzlər. Buna görə də, belə bir həyat heç bir zaman, heç bir insana xoşbəxtlik gətirməz. Din əxlaqının sərhədləri qalxdığı zaman insanın hüzur tapacağı mühitin tam tərsi meydana gəlir və şeytanın istədiyi kimi cəhənnəmə bənzər bir mühit meydana gələr.

     

    Məsələn, indiki vaxtda tez-tez nümunələrinə rast gəldiyimiz hadisələrdən narkotikanın istifadəsi və ticarətinin yayılması, fahişəliyin, rüşvətin, saxtakarlığın qarşısı alına bilməz bir hal alması kimi vəziyyətlər bütünlüklə dindən, mənəvi hər cür dəyərdən və gözəllikdən uzaqlaşmasıyla əlaqədardır. Belə mühitlərdə insanlar özlərinə görə azad və dilədikləri kimi davranışlara sahib olduqlarını zənn edərlər. Halbuki, bu sərhəd tanımaz həyatlarının özlərinə gətirdiyi maddi və mənəvi dağılma, azadlıq zənn etdikləri hislərdən daha çox böyükdür. Düşünün ki, fahişəlikdən, narkotikadan və ya spirtdən sağlamlığı pozulmuş, bədəni yaşına görə çox daha sürətli yaşlanmış, saçları, dərisi parlaqlığını və canlılığını itirmiş, əldən düşmüş, səfil bir həyat sürən insanların qazancı nə ola bilər? Həqiqətən də, sərhəd tanımazlıq, əxlaqı heçə saymaq, məqsədi olmayan və sonunun yoxluq olduğu sayılan bir həyatı davam etdirmək, istisnasız hər insanda fiziki və ruhi olaraq çox böyük təxribatlar meydana gətirər. Üstəlik bu nəticələr hər kəsin görə biləcəyi, əsla inkar edə bilməyəcəyi qədər açıq və qətidir.

     

    Burada verilən nümunələrin çox adi nümunələr olduğunu düşünənlər ola bilər. Ancaq bu bir həqiqətdir ki, insan din əxlaqından nə qədər uzaq yaşasa, Allahın sərhədlərini nə qədər tanımazsa o qədər bədbəxt və çətin bir həyat yaşayar. Bir insanın burada verilən nümunələrdəki qədər adi bir həyat yaşamış olması isə, onun asan və xoşbəxt bir həyatı olduğu mənasını verməz. Bəlkə də, yuxarıda bəhs etdiyimiz insanlara nisbətən bir az daha rahat bir həyat yaşayar. Amma həqiqi xoşbəxtliyi və hüzuru heç vaxt tapa bilməz. Üstəlik nəticə olaraq da bu insan, Allahın əmrlərindən uzaqlaşdığı üçün böyük bir peşmanlıq duyacağı, çətinliklərin və ağrıların ən böyüklərini yaşayacağı axirət həyatı ilə qarşılaşarsa, Allahdan qorxan və din əxlaqını əksiksiz olaraq yerinə yetirən insanlar isə, həm dünyada, həm də axirətdə böyük qazanca malikdirlər. Hər şeydən əvvəl, Allaha itaət etməyin mənəvi həzzini və vicdanı rahatlığını yaşayarlar. Onlar üçün daim bir müjdə və gözəllik vardır. Allah, razılığına uyanları və sərhədlərini qoruyanları bir ayəsində belə müjdələyir:

     

    Tövbə edənlər, ibadət edənlər, həmd edənlər, səyahət edənlər, rüku edənlər, səcdə edənlər, yaxşılığı əmr edənlər, pislikdən çəkindirənlər və Allahın sərhədlərini qoruyanlar; sən möminləri müjdələ. (Tövbə surəsi, 112)

     

    Vicdanına tərs düşərək, Allahın sərhədlərini qorumaq mövzusunda zəif davrananlar və ya imanı çirkin görərək, imansızlığı gözəl görənlər isə, dünyada da, axirətdə də çətinliklərlə qarşılaşacaqlar. Allah bir ayətində belə bildirir:

     

    ... Bunlar Allahın sərhədləridir. Kim Allahın sərhədlərini tapdalasa, gerçəkdə o, öz nəfsinə zülmetmiş olar... (Talaq surəsi, 1)

     

    Din əxlaqını yaşamağın çətin olduğunu zənn edən insanlarda, yuxarıda danışdığımız kimi dini yaşamağı çətin göstərən insanların vəziyyəti vardır. Dini qavraya bilməyən bəzi kəslər din mövzusunda ifrata yol verirlər. Necə ki, bəzi insanlar guya azadlıq adı altında sərhədləri tanımazlarsa, bəzi kəslər də təqva adı altında Allahın qoyduğu sərhədləri dəyişdirmə, çətinləşdirmə cürətini göstərərlər. Bu, əslində şeytanın insanlara bir tələsidir. Allahın haram etmədiyini, haram kimi göstərib, daha çox qadağan meydana gətirməyi bu insanlar bir üstünlük zənn edərlər. Dahası, öz qoyduqları bu qaydalara da gərəyi kimi riayət etməz və bir də bunun vicdani çöküntüsünü yaşayarlar. Allah, bir ayəsində, Hz. İsadan sonra İsəviliyi azdıran Xristianları bu mövzuya bir nümunə olaraq verir:

     

    Sonra onların ardınca peyğəmbərlərimizi yolladıq. Məryəm oğlu İsanı göndərib ona İncil verdik. Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq. Onlar özlərindən rahiblik icad etdilər. Biz onu onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir. (Hədid surəsi, 27)

     

    Bu səbəbə görə Allah, inananları bu təhlükəyə qarşı xəbərdar etmiş və dində ifrata gedənlərin doğru yoldan azdıqlarını Quranda bildirmişdir:

     

    De: “Ey kitab əhli! Dininizdə haqsız yerə aşırıya (ifrata) varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə uymayın!” (Maidə surəsi, 77)

    İnsanın əməl etməsi lazım olan şey, Quranda Allahın insanlara əmr etdiklərini yerinə yetirmək və qadağan etdiklərindən də qaçınmaqdır. Allah hər şeyi insanlar üçün asan edərkən dini çətinləşdirməyə çalışanlar, axirətdə bunun məsuliyyətini yüklənmiş olaraq hesab verərlər. Hər şeydə olduğu kimi bu mövzuda da Peyğəmbər əfəndimizin həyatı və tətbiqləri bizə ən gözəl nümunədir. Bir hədisində mübarək Peyğəmbərimiz (s.ə.v.) Allahın sərhədlərindən ayrılmamağı və eyni zamanda sərhədləri aşmamağı möminlərə xatırlatmış və dinin asan olduğunu belə ifadə etmişdir:

     

    “Din asandır. Kimsə dinə qarşı şedid (sərt) ola bilməz. Çünki məğlub olar. (Yəni dinin asanlığına uyğunlaşmalıdır ).” (Ramuz Əl-Hadis, 1-ci dəri, s. 98)

     

    İnsanların dini, Peyğəmbər əfəndimizin yuxarıdakı hədisiylə bildirdiyi şəkildə qiymətləndirmələri lazımdır. Yəni Allahın açıq və aydın izah etdiyi, asanlıqla tətbiq oluna biləcək hökmləri çətin göstərmələri böyük bir səhvdir. Necə ki Allah Quranda bildirdiyi hökmləri hər şərt və mühitdə, hər insanın rahatlıqla tətbiq edə biləcəyi şəkildə asanlaşdırmışdır. İrəliləyən hissələrdə, Allahın hökmlərində, halal və haramdan, insanlara verilən asanlıqlardan bəzilərinə yer veriləcək.

    Allah ruzi olaraq insanlara çoxlu nemətlər vermişdir. Rəngarəng meyvələr, növbənöv yeməklər, tərəvəzlər, ətlər, içkilər … Hər biri insanların xidmətinə təqdim edilmişdir. Və Allah “Səndən hansı şeylərin halal edildiyini soruşarlar. De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur”. (Maidə surəsi, 4) ayəsiylə, insanlara bütün təmiz yeməklərin halal edildiyi bildirmişdir.

    Allahın insanlara haram etdiyi yeməklər isə, ölü əti, qan, donuz əti kimi, onsuzda insanlar üçün zərərli və təmiz olmayan yeməklərdir. Allah bir ayətində belə buyurur:

     

    De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər Allah ona cəza verməz”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!. (Ənam surəsi, 145)

     

    Ayədə haram olan yeməklər üçün keçən “murdar” ifadəsinin çox hikməti vardır. Çünki donuz əti həqiqətən insan bədəninə zərər verəcək xüsusiyyətlərə malikdir.

     

    Məsələn donuz əti çox yağlıdır, bu yağ qana keçər. Qandakı yağlar damarların sərtləşməsinə, təzyiq yüksəlməsinə və ürək infaktına səbəb olar. Ayrıca donuz yağında “sutoksin” deyilən zəhərli maddənin çölə atılması üçün, linfa bezlərinin daha çox çalışması lazımdır. Bu vəziyyət xüsusilə uşaqlarda linfa düyünlərinin iltihablanması və şişməsi şəklində özünü göstərir. Bunların xaricində donuz əti bol miqdarda kükürd ehtiva edir. Orqanizmə daxil olan çoxlu sayda kükürd; qığırdaq, əzələ və sinirlərə oturaraq oynaqlarda iltihablanma, kirəncləşmə və bel yırtığı kimi müxtəlif xəstəliklərə gətirib çıxarar. Bununla bərabər müxtəlif dəri xəstəlikləri və trişin kimi (trişin yalnız donuz yoluyla keçər və insanlarda öldürücü bir vəziyyət meydana gətirər) ciddi xəstəliklərə də səbəb olur. (Burada donuz ətinin yalnız bilinən ümumi bir neçə zərərinə diqqət çəkilmişdir.)

     

    Göründüyü kimi, insana zərər verəcək olan yeməklərin haram edilməsi insanlara təqdim edilmiş bir asanlıqdır. Ancaq burada bir nöqtəyə diqqət çəkməkdə fayda vardır: Əlbəttə, bir şeyin haram və ya halal olması Rəbbimizin əmridir. Və insan yalnız Allahın əmrinə görə hərəkət etməkdən məsuldur. Allah bir yeməyin haram olmasının hikmətlərini diləsə insanlara göstərər, diləməzsə göstərməz. Amma, Allah insanlara bir asanlıq olması, ürəklərinin rahatllıq tapması üçün, yuxarıda verdiyimiz nümunədən aydın olduğu kimi, bu hikmətləri insanlara bir çox səbəb ilə göstərir. Allah Quranda qadağan edilən yeməklərdən bəhs edərkən insanın başına gələ biləcək hər cür vəziyyətdə necə davranması lazım olduğunu da açıqlamışdır. Bu mövzudakı bəzi ayətlər belədir:

     

    Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin! Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən kəsilmiş heyvanı haram buyurmuşdur. Başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yeməyə məcbur olan şəxsə (günah yazılmaz). Çünki Allah bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 114-115)

     

    Bu ayənin ardından Allahın bağışlayan və əsirgəyən olduğunun xatırladılması da möminlərə rahatlıq verən və onları müjdələyən bir ayətdir. Çünki insan zəif yaradılmışdır. İnsan səhv edə bilər, unuda bilər, iradəsiz davrana bilər. Allah insanı, ancaq səmimi olaraq tövbə etdiyində bağışlayıb, əsirgəyər. 5 vaxt namaz qılmaq Müsəlmanın bütün həyatı boyunca, Allahın təyin etdiyi vaxtlarda axsatmadan edəcəyi vacib olan bir ibadətdir. İbadətlərini yerinə yetirməyən insanlar, namaz qılmağı da ümumiyyətlə yaşlılıq dövrlərinə buraxarlar. Halbuki namaz, bütün digər ibadətlər kimi son dərəcə asan yerinə yetirilə biləcək bir ibadətdir.

     

    Bunu ifadə etmək lazımdır ki, Allah bir insan üçün nəyi vacib etmişsə, o insan qulluq vəzifəsi olaraq onu etməklə məsuldur. Bunun qarşılığında isə, Allahın razılığını, rəhmətini və cənnətini qazanmağı ümid edə bilər. Allahın insanlara vacib etdiyi ibadətlərdə asanlıq etməsi isə, Allahın mərhəmətinin və şəfqətinin bir göstəricisidir. Allahın əmrlərinə uymayanların isə axirətdə, güclərinin çatmadığına və ya çətin gəldiyi üçün edə bilmədiklərinə dair heç bir bəhanələri olmayacaq. (Allahın Quranda bildirdiyi və bir məsuliyyət yükləmədiyini ifadə etdiyi insanlar xaric olmaq üzrə) Məsələn, dəstəmaz almaq son dərəcə asandır. Hətta, bir insanın dəstəmaz alması üçün su tapa bilmədiyi halda, Allah “təyəmmüm etmə”yi asan yol olaraq göstərmişdir ki, təyəmmüm hər şərtdə asanlıqla yerinə yetirilə bilər. Allah su tapa bilməyənlərin necə təyəmmüm edəcəklərini bir ayətində belə bildirir:

     

    “... Əgər cünub olmusunuzsa, təmizlənin. Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə, şükür edəsiniz!.” (Maidə surəsi, 6)

     

    Allahın ayəsində də bildirdiyi kimi, Allah insanlara çətinlik çıxarmaq istəməz. Quranda bildirilən hər mövzuda Allah insanlar üçün asanlıqlar vermişdir. Allahın insanlar üçün əmr etdiyi ibadətlər iman edənlər üçün son dərəcə asandır. Allah, sonsuz rəhməti və mərhəməti ilə insanlar üçün ən asan və ən gözəl olan ibadətləri və həyat şəklini bildirmiş və bunlara uyanları isə, razılığı, rəhməti və cənnəti ilə müjdələmişdir.

     

    Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq sizə günah hesab edilməz. Həqiqətən kafirlər sizinlə açıq düşməndirlər. (Nisa surəsi, 101)

     

    Bu ayədən də aydın olduğu kimi, Allahın hər hökmü və hər əmri möminlərin hər biri üçün ayrı-ayrı hikmət və xeyirlərlə doludur. Allah qulları üçün çətinlik istəməz. Allah, möminlərin həqiqi dostu və tək vəkilidir. Allah Müsəlmanlara Ramazan ayında oruc tutmalarını əmr etmişdir. Ancaq Allah ayələriylə istisna vəziyyətləri yəni xəstəlik, səfər halı vəziyyətlərini də açıqlayaraq insanlar üçün çətinlik diləmədiyini, asanlıq dilədiyini bir daha bildirmişdir:

     

    İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, asanlıq istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona təzim və şükür edəsiniz. (Bəqərə surəsi, 185)

     

    Allahın hökmləriylə əlaqədar ayələrində, insanlar üçün asanlıq dilədiyini bildirməsi, dinin asanlığını düşünərək başa düşülməsi lazım olduğunu da göstərir. Çətinlik yaşayacaqlarını zənn edərək, ibadətlərini yerinə yetirməkdən qaçınanlar böyük bir yanılma içindədirlər və dini səhv tanıyırlar. Allah, şikəst olan insanların ibadət məsuliyyətlərini qaldırarkən rəhmətinin və sonsuz şəfqətinin dəlilini insanlara göstərir. Allah bunu bir ayətində belə bildirir:

     

    Kora günah gəlməz, topala-şilə günah gəlməz, bir də xəstəyə günah gəlməz. Kim Allaha və Peyğəmbərinə itaət etsə, (Allah) onu altından çaylar axan cənnətlərə daxil edər. Kim üz döndərsə, onu şiddətli bir əzaba düçar edər! (Fəth surəsi, 17)

     

    Bir ayədə Allahın insanlara çətinlik çıxarmadığı və bunun, Onun şəfqətinin və mərhəmətinin bir göstəricisi olduğu belə ifadə edilir:

     

    … Əgər Allah diləsəydi sizə çətinlik çıxarardı. Şübhəsiz Allah güclü və üstün olandır, hökm və hikmət sahibidir. (Bəqərə surəsi, 220)

     

    And içmək, ümumiyyətlə insanlar arasında ağız vərdişi olaraq edilən məşhur bir davranışdır. Xüsusilə, birinə söz verərkən insan vərdişlə and içə bilər. Andlara sədaqət, verilən sözdə dayanmaq isə, Allahın Quranda əmr etdiyi bir mömin xüsusiyyətidir. Ancaq insan, unutqan bir varlıqdır, bəzi vəziyyətlərdə dalğınlıqla edəcəyi işi və ya verdiyi sözü unuda bilər. Bu, çox təbii, insani zəifliklərdən meydana gələn bir səhvdir. Bu vəziyyətdə Allah, təsadüfi, ağız vərdişi ilə, diqqət vermədən edilən andlardan insanları məsul tutmayaraq, möminlərin üzərindən bu məsuliyyəti götürmüşdür. Edilən andlara sədaqət, axirətdə soruşulacaq, ancaq Allahın Quranda istisna etdikləri, təsadüfi və məqsədsiz olaraq deyilən andlardır. Allah bunu bir ayətində belə bildirir:

     

    Allah, bilmədən (səhvən) içdiyiniz andlara görə sizi cəzalandırmaz, lakin qəlblərinizin kəsb etdiyi şeylərə görə sizi cəzalandıracaqdır. Allah bağışlayandır, həlimdir! (Bəqərə surəsi, 225)

     

    Allahın and mövzusunda etdiyi bir başqa asanlıq daha vardır. Bir məqsəd üzərinə, şüurlu olaraq Allah adına and içən, sonra da bu andını pozmaq istəyənlər üçün, Allah bir asanlıq yolu göstərmişdir. Bu da andların kəffarə verməklə həll edilməsidir:

     

    Allah, andlarınızın (kəffarə verməklə) həll edilməsini sizə vacib etdi… (Təhrim surəsi, 2)

     

    … ancaq içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun. Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz! (Maidə surəsi, 89)

     

    Ayələrdən aydın olduğu kimi, Allah hər iki vəziyyətdə də, insanların dinə uyğun hərəkət etmələri üçün asanlıq göstərir. Gözəl və doğru olan, əlbəttə, andların qorunmasıdır. Ancaq bir insan verdiyi sözü unuda bilər və ya söz verdiyi dövrdəki şərtlər dəyişə bilər və o adam sözünü tuta bilməyəcək bir vəziyyətə düşə bilər. Allah, insanlar üçün asanlıq diləyərək, andlara kəffarə olacaq vəziyyətləri bildirmiş və hər insan üçün bir yol göstərmişdir. Ayrıca andı pozma mövzusunda kəffarə kimi bir şərtin əmr edilməsi, insanın vicdanının səsini dinləməsi üçün də bir asanlıqdır. Andını pozan adam, kəffarə ödəmək vəziyyətində olacağı üçün, andını həqiqətən pozması lazımdırmı, yoxsa sözünü yerinə yetirə bilərmi deyə bir dəfə daha düşünəcək və bunun nəticəsində ən vicdanlı və ən doğru qərarı verəcəkdir.

     

    Allah dinini son dərəcə asan etmişdir. İslam dini, hər vaxt üçün və hər mövzuda asanlıq dinidir. İnsan səmimi dindar olmağa, Rəbbimizin nemətləri qarşısında şükr edici bir qul olmağa niyət etdiyində, din əxlaqı mövzusunda heç bir çətinliklə qarşılaşmayacaqdır.

     

  • Allahın yaratdığı imtahan çox asandır

    Din əxlaqından uzaq yaşayan insanlar, həyatları boyunca, özləri üçün müxtəlif hədəflər təyin edirlər. Bu hədəflərin ortaq nöqtəsi isə, ümumiyyətlə, yalnız, dünya həyatına istiqamətli olmalarıdır. Məsələn, mütəxəssis bir həkim, müvəffəqiyyətli bir mühəndis, yaxşı bir ata, çox pul qazanan bir iş adamı ya da, dünya səviyyəsində məşhur bir sənətçi olmaq və bənzərləri, bir çox insanın ən böyük ideallarından sayıla bilər. Bunların xaricində, daha bir çox sahədə, insanlar, müvəffəqiyyəti, xoşbəxtliyi və rahat bir həyatı əldə edə bilmək üçün çalışır, səy göstərir, bəzən müxtəlif fədakarlıqlar edirlər və öz fikirlərinə görə “bir yerlərə gəlməyə” çalışırlar. Nəticədə, başları bu işlərə qarışır və dünyada olmalarının əsl məqsədini unudur və ya görməməzlikdən gəlirlər.

     

    Halbuki, hər insanın, bütün həyatını və bir gün mütləq öləcəyini düşünərək özünə bəzi suallar verməsi vacibdir. “Mən bu dünyaya nə üçün gəlmişəm?”, “Mövcud olmağımın səbəbi nədir?”, “(Nümunə olaraq) Bəlkə yaxşı bir memar olub çox sayda bina dizaynı hazırladım, zəngin oldum, mal-mülk sahibi oldum, bir ad-san qazandım, tanındım, amma, bütün bunlar mənə nə qazandırdı? Ölümümdən sonra bunlardan hansının bir mənası olacaq? Dünyada tərk etdiklərimin mənə axirətdə nə kimi bir faydası olacaq? Həyatım yalnız bu dünya həyatımdan ibarətdirmi?” Bunlar, hər insanın ölüm gəlib çatmadan əvvəl soruşmalı olduğu suallardan bəziləridir.

     

    Burada, bunu ifadə etmək lazımdır: İnsanlar əlbəttə ki, peşə sahibi olacaqlar, hətta, peşələrində son dərəcə müvəffəqiyyətli olmağı da diləyəcəklər və bunun üçün səylə çalışacaqlar. Ancaq, bunların hamısının insanın son hədəfi üçün bir vasitə olduqlarını unutmamaq da çox əhəmiyyətlidir. Təəssüf ki, insanların böyük bir hissəsi əsl məqsədlərini unudur və ya görməməzlikdən gəlirlər və bütün həyatlarını əslində vasitə olan bu keçici şeylərə həsr edirlər.

     

    Halbuki, hər insan əyər azacıq belə düşünsə, görə biləcəyi çox əhəmiyyətli bir həqiqət vardır: Allah dünyanı da insanları da bir hikmət üzərinə yaratmışdır. İnsanların yaradılış məqsədi, Quranda bildirildiyi kimi, yalnız Allaha qulluq etməkdir. Dünyanın yaradılış məqsədi isə, insanların axirətdəki mövqelərinin təyin olunması üçün bir imtahan yeri olmasıdır. Allah bu həqiqəti Quranda belə bildirir:

     

    Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün, ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır. (Mulk surəsi, 2)

     

    Allah, insanlara, dünyanın keçiciliyini və sonsuza qədər yaşayacaqları əsl məkanın axirət olduğunu anlamalarını təmin edə biləcək çoxlu dəlillər vermişdir.

     

    Məsələn, dünya üzərində yüzlərlə növ xəstəliklərin olması, mikroskopik bir virusun özündən milyonlarla qat böyük insan bədəninə ölümcül təsir edə bilməsi, insanın daimi təmizlənməyə, yemək yeməyə, istirahət etməyə və yuxuya möhtac olması, insan ömrünün ortalama 60-70 il kimi çox qısa bir müddət olması, zamanın insan üzərində son dərəcə dağıdıcı bir təsirinin olması, istisnasız hər kəsin sonunun mütləq ölüm olması, ömür boyu əldə edilən malın, mülkün, etibarın, sevilənlərin arxada qalması, insan bədəninin torpaq içərisində çürümə müddətinə başlaması kimi bir çox səbəb, insanların dünya həyatının keçici və əskikliklərlə dolu, insan ruhunu əsla təmin edə bilməyəcək bir yer olduğunu anlamaları üçün kifayətdir əslində. Bütün bunlar, insanları dünyaya bağlanmalarına mane ola biləcək çox əhəmiyyətli həqiqətlərdir. Allah, Quranda, dünyanın məqsədsiz olaraq yaradılmadığını, müəyyən bir hikmət üzərinə var edildiyini belə bildirir:

     

    Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmadıq. Əgər, Biz, Özümüzə əyləncə düzəltmək fikrində olsaydıq, onu mütləq Öz yanımızda olanlardan hazırlayardıq. Lakin Biz bunu etmədik. (Ənbiya surəsi, 16-17)

     

    Halbuki ki, insan bir az düşündüyündə, dünyanın sonsuza qədər qalınacaq bir yer olmadığını, yalnız, bir sınaq məkanı olduğunu, bu həyatın son dayanacaq deyil, əksinə, qısa daimi bir dayanacaq yeri olduğunu, bu keçici məkanda yaşadığı hər anından məsul tutulacağını, ən əhəmiyyətlisi özünü yoxdan var edən Rəbbimizə qarşı məsuliyyət daşıdığını rahatlıqla anlayacaq.

     

    Bu anlayışa sahib olan insan, bir mərhələ daha irəliyə gedərək bunu düşünməlidir. Allah, dünyada bütün insanları müxtəlif hadisələrlə, şərlə və xeyirlə sınayır. Gün ərzində insanın qarşılaşdığı bütün hadisələr, əslində, ölümdən sonrakı sonsuz həyatda olacağı məkanı təyin edən sınaq yeridir və Allah hər insana bu sınaqda bir asanlıq etmiş və ona yolunu, yəni nə etməsi lazım olduğunu göstərdiyini bildirmişdir:

     

    İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun. (İnsan surəsi, 2-3)

     

    Ayələrdə bildirildiyi kimi, Allah bütün insanların həyatlarında mütləq onlar üçün doğru olan yolu göstərmiş, din və gözəl əxlaq haqqında məlumat sahibi olmalarını təmin etmişdir. Hər insan dünyanın keçici bir yer olduğunu və axirəti üçün həyatını, Allahın məmnun olacağı şəkildə yaşamalı olduğunu bir vəsilə ilə öyrənər. Bir sözlə, bu dünyada yaşanan, insanların xəbərdar olmadıqları və ya qazanmaq üçün nə etmələri lazım olduğunu bilmədikləri bir imtahan deyil. Allah, hər dövrdə göndərdiyi elçiləri, keçmişdə göndərmiş olduğu kitabları və hər insanda yaratdığı vicdan ilə, insanlara doğru yolu göstərər və onları səhv olanlardan çəkindirər. Allaha iman edən, tam bir təslimiyyətlə təslim olan, yalnız Allahı dost və vəkil olaraq görən, hər hadisədə Allaha yönələrək, ONA təvəkkül edən möminlər üçün, Allahın yaratdığı hər sınaq çox asan və zövqlüdür. İmanın sirrini bilənlər, Allaha səmimi olaraq iman edənlər üçün dünya həyatının heç bir anında çətinlik, kədər, cəfa, sıxıntı olmaz. Hər hadisə, Allaha yaxınlaşmaq və cənnəti daha şiddətli ümid edə bilmək üçün bir nemətə çevrilər.

     

    Səmimi imanın şərtlərindən biri də Allahı çox yaxşı tanımaq və bilməkdir. Bir insan Allahı nə qədər yaxşı tanısa, Allahın gücünü nə qədər yaxşı bilsə, təqvası və Allaha yaxınlığı da o qədər güclü olar. Məsələn, Allahın bağışlayıcılığını bilən bir insan, heç bir zaman səhvlərindən və ya əskikliklərindən ötəri ümidsizliyə və ya pessimizmə qapılmaz. Allahın ruzi verən olduğuna iman edən biri, pul qazanma məsələsində ehtiras göstərməz. Ruzini verənin Allah olduğunu bilər, səylə çalışar, cəhd edər, amma ruzinin miqdarını Allahın təyin etdiyini və özünün dəyişdirə bilməyəcəyini bilmənin təslimiyyətini yaşayar. Bu səbəbdən, Allahı bilən və tanıyan bir insan üçün dünya həyatı böyük bir asanlıq və nemətlərlə doludur. O insan hər an Allahın bir təcəllisini və yaradılışındakı bir gözəlliyi görərək yaşayar. Qısaca olaraq, Allaha təslim olmuş saleh müsəlmanlar üçün Allahın yaratdığı imtahan son dərəcə asan və zövqlüdür.

     

     

    Allah bağışlayandır

     

    Allahın sonsuz şəfqəti və mərhəməti insanlar üçün çox böyük bir nemətdir. Çünki, insan qəflətə düşə bilən, unuda bilən, yanıla bilən, səhv edə bilən bir varlıqdır. Allah sonsuz mərhəməti ilə insanlara, hər vaxt səhvlərindən ötəri bağışlanma diləmək və tövbə etmək imkanı vermişdir. Allahın əzabına uğrama qorxusu ilə, səmimi olaraq, günahlarının bağışlanılmasını istəyən hər insan, Allahın, onu bağışlamasını ümid edə bilər. Çünki, Quranda bildirildiyi kimi, “Allah, sizin tövbələri qəbul etmək istəyir...” (Nisa surəsi, 27) Allah bir ayəsində də, bağışlayıcı olduğunu belə bildirir:

     

    Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər. (Nisə surəsi, 110)

     

    Allah, bağışlayıcılığı ilə insanlara həyatları boyunca, davamlı olaraq, yeni fürsətlər verər. İnsanın etməli olduğu tək şey səhvinə bir daha dönməmək üzrə, səhvlərindən imtina etməsi və ölüm anı gəlmədən əvvəl vicdanının səsini dinləyərək tövbə etməsidir. Allah, yalnız, səmimiyyətsiz insanların tövbələrinin qəbul edilməyəcəyini bir ayəsində belə bildirir:

     

    Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” - deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq! (Nisa surəsi, 18)

     

    Allahın, insanların günahlarını bağışlaması, cəzalarını təxirə salması və onlara həyatları boyunca hər an yeni bir imkan daha verməsi, insanlara çox böyük bir lütfü, rəhmətinin və mərhəmətinin bir təcəllisidir. Əgər, insanlar günahları səbəbi ilə dərhal sorğulanaraq cəzalandırılsaydılar, Allahın bildirdiyi kimi yer üzündə canlı heç bir varlıq qalmazdı:

     

    Əgər, Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin, Allah onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər. (Nəhl surəsi, 61)

     

    Bu səbəbdən, insanlar səhvləri və ya günahları nə olursa olsun, heç bir zaman Allahın razı olduğu kimi bir qul ola bilmək üçün gecikmiş deyildirlər. İnsan həyatı boyunca nə qədər səhv etmiş olursa olsun, dindən nə qədər uzaq yaşamış olursa olsun, səmimi olaraq tövbə etdiyi və saleh bir qul olması halında, keçmişdə etdiyi səhvləri düşünməsinə ehtiyac yoxdur. Keçmişdə yaşananlar, insanlar üçün ancaq bir ibrət vəsiləsi, eyni səhvlərə təkrar dönməməsi, bənzərlərini bir daha etməməsi üçün öyüd almalı olduğu xatirələrdir. Allah, xəbərdarlıq alıb doğru yolu tapan saleh qullarını, keçmişlərindən məsul tutmayacağını Quranda xəbər vermişdir:

     

    Ey iman gətirənlər! İhramda ikən ovu öldürməyin. Sizlərdən kim onu qəsdən öldürərsə, kəffarəsi öldürdüyünə bənzər bir qurbanlıq heyvanı əvəz ödəməkdir. Buna sizlərdən iki ədalətli kişi qərar verməli, sonra da həmin qurbanlıq heyvan Kəbəyə çatdırılmalıdır. Yaxud kəffarə olaraq kasıbları yedirtməli, yaxud da, buna bərabər oruc tutmalıdır ki, öz işinin zərərini dadsın. Allah olub-keçənləri bağışlamışdır. Hər kim yenə bu günaha qayıtsa, Allah ondan intiqam alar. Allah Qüdrətlidir, intiqam almağa qadirdir. (Maidə surəsi, 95)

     

    Kafir olanlara de ki, əgər küfrə son qoysalar, olub-keçənlər onlara bağışlanar. Yox, əgər küfrə qayıtsalar, əvvəlkilərin başına gələn aqibəti gözləsinlər. (Ənfal surəsi, 38)

     

    Şübhəsiz , bu, Allahın dində insanlara lütf etdiyi böyük bir asanlıqdır.

     

     

    Allah bütün duaları qəbul edər və hər kəsə çox yaxındır

     

    Din əxlaqından uzaq cəmiyyətlərdə Allaha dua etmək müxtəlif batil inanc və xurafatlarla çətinləşdirilmişdir. İnsanlar hər an Allaha yönələ biləcəkləri halda, bunun üçün zamanlar təyin etmişlər və ya araya vasitələr qoymuşlardır. Allah bu batil inanclara qarşı insanları belə xəbərdar edir:

     

    De: "Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə (günah olaraq) kəsilmiş heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm". Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, ona günah gəlməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir. (Ənam surəsi, 145)

     

    Allaha dua etmək üçün müxtəlif vasitəçilərə gərək olduğunu söyləyən insanlar, əslində, dini çətin göstərərək, insanları yoldan döndərirlər. Çünki, “İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.” (Qaf Surəsi, 16) ayəsi ilə bildirildiyi kimi, insana ən yaxın olan daim Allahdır. Yəni, insan hər dilədiyi zaman Allaha yönələ bilər, dilədiyi anda Rəbbimizə səsini eşitdirə bilər, dua ilə kömək diləyə bilər.

     

    Dua etmək üçün xüsusi vaxtlar təyin etməyə də ehtiyac yoxdur. Hər an, hər dəqiqə Allaha dua edilə bilər. Əks halda, insan özbaşına qaydalar çıxartmış olar. İnsan bir yerdən bir yerə gedərkən, nərdivanlardan enərkən, alver edərkən, yemək hazırlayarkən, televizora baxarkən, liftdə olarkən, bir yerdə gözləyərkən, gecə yatarkən, səhər qalxarkən, nahar edərkən, avtomobil istifadə edərkən bir sözlə, hər yerdə və hər vaxt Allaha dua edərək, Allahdan istədiklərini diləyə bilər. Bunun üçün ağlından keçirməsi belə kafidir, çünki, Allah insanın sinəsində gizlətdiklərini bilən, hər şeydən xəbərdar olandır.

     

    Bununla birlikdə Allaha dua edən hər kəs Allahın dualara mütləq cavab verəcəyini bilməlidir. Allah ehtiyac içində olan insanların daim Ona yönəldikləri təqdirdə, işlərini asanlaşdıracağını bu ayə ilə bildirir:

     

    Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz? (Nəml surəsi, 62)

     

    Allahın qullarına verdiyi bu imkan şübhəsiz ki, sonsuz rəhmətinin bir təcəllisidir. Allah, Quranda insanlara yaxınlığını, Ona yönələnlərin vəlisi olacağını və dua edənin duasına şübhəsiz cavab verəcəyini bir çox ayəsində bildirir. Bu ayələrdən biri belədir:

     

    Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib, Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)

     

    Möminlərin, Allahın bu rəhməti və neməti üzərində bir daha düşünərək, Allahın rizasına uyğun yaşamaları lazımdır. Çünki, Allahın, onlara verdiyi bu asanlıq elə böyük və sərhədsiz bir imkandır ki, hər şeyin Hakimi, Sahibi olan tək güc Allah, insanlara istədikləri hər şeyə cavab verəcəyini vəd edir və Allah qətiyyən vədindən dönməz.

     

     

    Allah heç kəsə gücünün çatmayacağı yükü yükləməz

     

    Bir insanın həyatında qarşılaşdığı hadisələr hər nə qədər o anda ona çətin kimi görünsə də, əslində, hər biri o adamın səbr edə biləcəyi şəkildə meydana gəlir. İnsanı yaradan və ona ruh verən Allahdır. Hər insanın nəyə nə qədər dözə biləcəyini, nə qədər yükü və çətinliyi qaldıra biləcəyini də, ən yaxşı Allah bilir.

     

    Allah kimsəyə qaldıracağından çoxunun yüklənməyəcəyini və kimsənin haqsızlığa uğradılmayacağını bir çox ayəsində bildirmişdir:

     

    Allah, hər kəsi, yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. "Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!" (Bəqərə surəsi, 286)

     

    İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik. (Əraf surəsi, 42)

     

    Şübhəsiz, hər insanın səbr edəcəyi, təvəkkül göstərəcəyi hadisələr eyni ola bilməz. Bir çox insan fərqli hadisələrlə sınanır. Ancaq, nəticədə Allah, hər insan üçün, gücü çatdığı dərəcədə imtahan edər. Məsələn, bəzi insanlar dünyada yoxsul bir həyat sürər və yoxluq içində nə qədər səbir göstərdiyi sınanar. Digərləri isə, zənginlik və bolluq içində yaşayar və bu həyat içində nə qədər şükür edici, nə qədər gözəl əxlaqlı olduğu ilə sınanar, dünya həyatına ehtirasla bağlanıb-bağlanmadığı məsələsində sınanar. Amma, nəticədə, zəngin olan da, yoxsul olan da özləri üçün ən xeyirli həyatı yaşayır. Kasıb olan nə qədər yoxluq çəksə də, bu, onun üçün dayanıla bilməyəcək bir çətinlik deyildir. Eyni şəkildə, zəngin olan nə qədər bolluq içində olsa da, bu onun nankor bir insan olmağa məcbur edə bilməz.

     

    Nəticədə, bu insanların Allaha olan bağlılıqları, hesab gününə olan qorxuları, onların Quran əxlaqını yaşayan, dinin əmrlərini yerinə yetirən insanlar olmalarını təmin edər. Bu insanlar qarşılaşdıqları hər hadisədə daim Allaha yönələr, Ondan kömək diləyər, yalnız, Rəbbimizin razılığını axtararlar. Belə insanlar heç bir zaman çətinliklər qarşısında zəiflik göstərməz, sınandıqları hadisə nə qədər şiddətli olsa da, dindən uzaqlaşmazlar. Belə Allaha güvənən insanlar üçün, Allah, sonsuz şəfqətinin və mərhəmətinin bir göstəricisi olaraq, ən çətin görünən hadisəni də asanlaşdırar. “İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat (Cənnət) gözləyir. Biz ona asan bir şey əmr edəcəyik!” (Kəhf surəsi, 88) ayəsində də, bu bildirilmişdir. Allah bu həqiqəti başqa ayələrində isə belə xəbər vermişdir:

     

    Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa və ən gözəl sözü təsdiq etsə, Biz ona ən asan olanı müyəssər edəcəyik! (Leyl surəsi, 5-7)

     

    Bir insanın həyatında qarşılaşdığı hadisələr hər nə qədər o anda ona çətin kimi görünsə də, əslində hər biri o adamın səbr edə biləcəyi dərəcədə meydana gəlir. İnsanı yaradan və ona ruh verən Allahdır. Hər insanın nəyə, nə qədər dözə biləcəyini, nə qədər yükü və çətinliyi qaldıra biləcəyini də ən yaxşı Allah bilir.

     

    Allah kimsəyə qaldıracağından çoxunun yüklənməyəcəyini və kimsənin haqsızlığa uğradılmayacağını bir çox ayəsində bildirmişdir:

     

    Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə və ən gözəl olanı yalan hesab edirsə, Biz onun üstünə ən çətin olanı yükləyəcəyik. Cəhənnəmə düşdükdə var-dövləti ona fayda verməyəcək. Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir. (Leyl surəsi, 8-12)

     

     

    Allah hər çətinliklə bərabər asanlıq da yaradar

     

    Allah dünya həyatında insanları sınayarkən, sonsuz rəhmətinin bir nəticəsi olaraq, hər çətinliklə birlikdə mütləq bir asanlıq yaradacağını da müjdələmişdir. Allah ayələrində bu müjdəni belə bildirir:

     

    Demək ki, həqiqətən çətinliklə birlikdə asanlıq vardır. Həqiqətən çətinliklə birlikdə asanlıq vardır. (İnşirah surəsi, 5-6)

     

    Quranda peyğəmbərlərin və saleh möminlərin həyatlarına baxıldıqda, qarşılaşdıqları çətin kimi görünən hər cür vəziyyətdə, Allahın, mütləq bir asanlıq yaratdığı diqqət çəkir. Allah, “Fəttah” sifəti ilə hər cür çətinliyi açan, asanlaşdırandır.

     

    Quranda Allah yolunda mübarizə edərkən qarşılaşdıqları reaksiyalar və məruz qaldıqları şiddət üzündən, yaşadıqları yerdən ayrılmaq vəziyyətində buraxılan, yəni hicrət edən möminlər nümunə verilir. Bu insanlar bütün işlərini, evlərini, bağçalarını, mallarını buraxaraq, heç tanımadıqları torpaqlara, tanımadıqları insanların yanlarına köçmək məcburiyyətində qalmışdılar. Bu kənardan baxılanda çətin bir vəziyyətdir. Ancaq, Allah, Nisa surəsində hicrət edən möminlərin vəziyyətlərini asanlaşdırdığını və onları nemətləndirdiyini belə bildirir:

     

    Kim Allah üçün hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allaha və Onun Elçisinə tərəf hicrət edərək evindən çıxdıqdan sonra da ölüm onu haqlayarsa, onun mükafatını Allah verər. Allah Bağışlayandır, Rəhmlidir. (Nisa surəsi, 100)

     

    Necə ki, Allah bu vədini Peyğəmbərimiz (s.ə.v.) dövründə yaşayan möminlər üzərində açıqca göstərmişdir. Dünyəvi dəyərlərə əhəmiyyət verməyən səhabələr, Allah yolunda hər cür fədakarlığı edərək müxtəlif çətinlikləri gözə aldıqları üçün, Allah bu gözəl əxlaqlarına qarşılıq olaraq, onları ən gözəl şəkildə ruzi və sığınacaq vermişdi. Onların hər işlərini digər insanlara nisbətən asanlaşdırmışdı. Səhabələrin yaşadıqları bu asanlıq və rəhməti, Allah bir ayəsində belə xəbər verir:

     

    Yadınıza salın ki, bir zaman siz az idiniz, yer üzündə zəif sayılırdınız, kafir adamların sizi ələ keçirəcəyindən qorxurdunuz. Allah sizə sığınacaq verdi, Öz köməyi ilə sizi qüvvətləndirdi və sizə pak ruzilərdən verdi ki, bəlkə şükür edəsiniz. (Ənfal surəsi, 26)

     

    Digər peyğəmbərlərin həyatlarındakı daha bir çox nümunə də, Allahın möminlərə təmin etdiyi asanlıqların açıq-aşkar göstəriciləridir. Məsələn, Hz.Yusifin həyatındakı bir çox hadisədə Allahın rəhmətindən verdiyi bu asanlıq görünür. Hz. Yusif onu qısqanan qardaşları tərəfindən quyuya atıldıqdan sonra, quyunun yanından keçən bir karvan tərəfindən tapılmışdır. Hz. Yusifi quyudan qurtaran kəslər onu, kölə olaraq bir vəzirə satmışdılar. Bir müddət sonra, Hz. Yusif, heç bir günahı olmadığı halda ona atılan böhtanlara görə zindana atılmışdır. Hz. Yusifin həyatındakı bu hadisələr, ilk baxışda çox çətin bir vəziyyət kimi görünə bilər. Ancaq, Allah, Hz. Yusifin göstərdiyi gözəl əxlaqa və təvəkkülə qarşılıq onu dünyada da mükafatlandırmış və çətinliklərlə birlikdə mütləq asanlıq da verdiyini göstərmişdir. Hz. Yusif, başına gələn bir çox mənfi kimi görünən hadisənin vəsiləsiylə, xəzinənin başına gətirilərək əhəmiyyətli bir idarəçi olmuşdur.

     

    Allah, Hz. Musanın həyatında da qarşılaşdığı çətinliklərlə birlikdə asanlıqlar verərək, möminləri dəstəkləmişdir. Hz. Musa, əsrlər boyu yaşamış ən azğın insanlardan biri olan Firona qarşı mübarizəsində də, Allahın köməyi və dəstəyi ilə üstünlük əldə etmişdir. Allah, ona, qardaşı Harunu bir köməkçi olaraq verməsi üçün dua edən Hz. Musanın duasını qəbul etmişdir. Bundan əlavə, Allah, Hz. Musanı bəzi möcüzəvi hadisələrlə də dəstəkləyərək, onun Fironun cadugərlərinin qarşısında qalibiyyət əldə etməsini də təmin etmişdir. Hz. Musa da, ən çətin anlarda belə, Allahın köməyinin iman edənlərlə birlikdə olduğunu unutmamışdır. Bir yandan Fironun əsgərləri tərəfindən izlənilərkən, digər tərəfdən də, dəniz ilə qarşılaşan Hz. Musa yanındakı möminlərə Allahın köməyinin daim yanında olduğunu söyləmiş və Allahın mütləq bir çıxış yolu göstərəcəyini xatırlatmışdır:

     

    Musa dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!” Biz Musaya: “Əsanla dənizə vur!”– deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu. O birilərini də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O birilərini (Firon və onun ordusunu) isə suya qərq etdik. (Şüəra surəsi, 62-66)

     

    Peyğəmbərlərin həyatından bir başqa nümunə isə, Hz. Məhəmmədin (s.ə.v.) müşriklər tərəfindən izlənilərkən, bir mağaraya gizlənməsi əsnasında, yanında bir möminin olmasıdır. Peyğəmbərimiz Hz. Məhəmmədin, Allaha şirk qoşanların təhdidi altındaykən, yanında dəstəkçi bir möminin olması Allahın nəsib etdiyi asanlıqlardan biridir:

     

    Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 40)

     

    Əslində, insan hikmət gözüylə baxanda həyatının hər anında Allahın onun üçün yaratdığı asanlıqları görə bilər. Ancaq, bu həqiqəti görə bilən insanlar Allahdan qorxub çəkinən, Allaha təvəkkül edən, hər çətinliklə qarşılaşdığında bunun qədərində (taleyində) olduğunu bilərək, tək dost və vəlisinin Allah olduğuna iman edənlərdir. Allah ayələrində belə qullarını gözləmədikləri yerlərdən ruzi verərək, onların işlərini asanlaşdıracağını bildirir:

     

    Gözləmə vaxtı bitdikdə, onları şəriətə müvafiq olaraq saxlayın və yaxud onlardan müvafiq qaydada ayrılın. Aranızdan iki ədalətli şahid çağırın və Allah üçün şahidlik edin. Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah, Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)

     

    Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyi nemətdən artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir. (Talaq surəsi, 7)

     

    Allahın ayələrində də bildirdiyi kimi, qoyduğu hökmlərə səmimiyyətlə bağlı olanlar üçün, mütləq bir asanlıq yaradır. Buna iman edən möminlər heç bir zaman çətinliklər qarşısında zəiflik göstərməzlər. Allah, İnşirah surəsində də hər çətinliklə birlikdə bir asanlıq olduğunu və Onun, insanın üzərindəki yükü qaldırıb atan olduğunu belə müjdələmişdir:

     

    Məgər, Biz sənin üçün köksünü açmadıqmı? Yükünü səndən götürmədikmi? Onlar belini bükürdü. Biz, adını sənə görə ucaltmadıqmı? Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. İşlərini qurtaran kimi Allah yolunda çalış! Ancaq Rəbbinə üz tut! (İnşirah surəsi, 1-6)

     

     

    Allah möminlərlə mələklə vasitəsilə yardım edir

     

    Allahın, möminlərə olan köməyi müxtəlif şəkillərdə təcəlli edir. Allahın köməklərindən biri, mələkləri möminlərin çətin anlarında köməyinə göndərməsidir. Allah, Quranda bu köməyi Peyğəmbərimiz (s.ə.v.) dövründə yaşanmış olan bir hadisəni nümunə verərək belə xəbər vermişdir:

     

    O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç min mələyin köməyinizə çatması, sizə bəs etmirmi?” Əlbəttə, siz səbir etsəniz, Allahdan qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz, nişanlanmış beş min mələklə sizə yardım edər. Allah bunu sizə ancaq bir müjdə və qəlbiniz bununla sakit olsun deyə etdi. Kömək ancaq, Qüdrətli və Hikmət sahibi olan Allahdandır. (Ali İmran surəsi, 124-126)

     

    Allah bir başqa ayəsində isə, möminlərə görünməyən ordularla da kömək etdiyini açıqlamışdır:

     

    Ey iman edənlər! Allahın sizə göstərdiyi iltifatını xatırlayın. O zaman ki, düşmən ordusu sizin üstünüzə hücuma keçmişdi, Biz də onların üstünə külək və görmədiyiniz qoşunlar göndərmişdik. Allah sizin nə etdiyinizi görür. (Əhzap surəsi, 9)

     

    Allah bir başqa ayəsində isə, Allahın Quranda möminlərin daim qalib gələcəklərini bildirməsi, möminlər üçün gözəl və şövqləndirici bir vəddir. Ancaq, burada bir nöqtəyə daha diqqət çəkməkdə fayda vardır. Hər kömək Allahdandır və şübhəsiz, bütün gücün sahibi Allahdır. Möminlər, əsl zəfər və köməyin əslində Allaha aid olduğunu bilirlər. Mələklərin dəstək olmasının isə, Allahın bir müjdəsi, onlara kömək və dəstəyinin mələklərin köməyi şəklindəki təcəllisi olduğunu əsla unutmazlar. Çünki, Rəbbimiz ayələrində bu həqiqəti belə xatırlatmışdır:

     

    O vaxt siz, Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm” – deyə duanızı qəbul etmişdi. Allah bunu yalnız bir müjdə və onunla qəlbiniz rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır. Həqiqətən, Allah Qüdrətlidir, Hikmət sahibidir. (Ənfal surəsi, 9-10)

     

    Allahın dilədiyi quluna, dilədiyi şəkildə kömək edəcəyini bilən möminlərin, ən çətin anlarda da, içlərində bir güvən və hüzur duyğusu olar. Bu ruh halı içində mənəvi cəhətdən, son dərəcə gözəl bir həyat yaşayarlar.

     

     

    Allah mömnləri düşmənlərinə qarşı dəstəkləyir

     

    Allahın bir təqdiri (gələcəkdə olacaq şeyləri əzəldən bilib yazması) olaraq iman edənlərin sayı hər dövrdə həmişə az olmuşdur. Ancaq, qalib gələnlər, say cəhətdən üstün olanlar deyil, hər zaman mömin olanlardır. Möminlər, Allahın verdiyi ağıl, fərasət, bəsirət, gözəl əxlaq kimi nemətlərlə, daim inkarçılara qarşı müvəffəqiyyət əldə etmişlər. Bununla bərabər, Allah, bəzən, möminləri inkarçıların gözündə say və qüvvət cəhətdən də çox göstərdiyini və bunun, inkarçılarda zülmətə və qorxuya səbəb olduğunu da xəbər vermişdir. Allah ayələrində Səadət Əsri (Əsri-Səadət) dövründə reallaşan bir hadisəni belə bildirir:

     

    Onlarla üz-üzə gəldiyiniz zaman Allah, olacaq işi yerinə yetirmək məqsədilə, onları, sizin gözünüzdə (sayca) az göstərir, sizi də onların gözündə azaldırdı. Bütün işlər axırda Allaha qayıdacaqdır. Ey iman edənlər! Bir dəstə (kafir dəstəsi) ilə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yada salın ki, nicat tapasınız! (Ənfal surəsi, 44-45)

     

    Az saydakı möminin inkarçıların gözündə son dərəcə güclü və çətin, sıx bir birlik olaraq görülməsi, şübhəsiz, Allahın möcüzələrindən biridir və eyni zamanda möminlər baxımından da çox böyük bir asanlıq olmuşdur. Beləcə, Allah möminlərə müvəffəqiyyət qazandırmışdır. Bundan əlavə, Allah başqa ayələrdə peyğəmbərimiz Hz. Məhəmmədə (s.ə.v.) dilədiyi zaman möminlərin gücünü olduğundan qat-qat daha çox artıracağını bildirmişdir. Səbr etmələrinə qarşılıq olaraq inanan qullarına ümid etdiklərindən daha çox böyük bir güc və zəfər verəcəyini belə vəd etmişdir:

     

    Ey Peyğəmbər! Möminləri döyüşə həvəsləndir (ruhlandır). Əgər aranızda iyirmi səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr, əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən mininə qalib gələr. Çünki, onlar anlamayan tayfadır. İndi, Allah sizin yükünüzü yüngülləşdirdi. Çünki, O, sizdə zəiflik olduğunu bilirdi. Əgər, aranızda yüz səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr, əgər aranızda min səbirli kişi olsa, Allahın izni ilə kafirlərdən iki mininə qalib gələr. Allah səbir edənlərlədir. (Ənfal surəsi 65-66)

     

    Allah, yuxarıdakı ayələrdə bildirdiyi kimi Peyğəmbərimizin (s.ə.v.) dövründə möminlər çətin bir döyüşdə olduqları üçün, inkarçıların gözündə say və qüvvət cəhətdən daha çox və daha güclü göstərərək möminləri dəstəkləmişdir. Çünki, Allah möminlərin daim dostu və köməkçisidir. İnkar edənlər nə qədər çox sayda olsalar da, nə qədər böyük bir gücə sahib olsalar da, nəticədə bütün güc sahibi Allahdır. Allah, tək bir “Ol” əmri ilə dilədiyini edəndir. Allaha güvənən, Onun sonsuz qüdrətini, hər şeyə gücü çatan olduğunu təqdir edə bilən insanlar daim, bunun rahatlığını yaşayarlar.

     

    O vaxt siz, Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm” – deyə duanızı qəbul etmişdi. Allah, bunu, yalnız, bir müjdə və onunla qəlbiniz rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Ənfal surəsi, 9-10)

     

    Allahın dilədiyi quluna, dilədiyi şəkildə kömək edəcəyini bilən möminlərin, ən çətin anlarda belə, içlərində bir güvən və hüzur duyğusu olar. Bu ruh halı içində, mənəvi cəhətdən, son dərəcə gözəl bir həyat yaşayarlar.

     

     

    Allah möminlərin qəlblərinə iman və rahatlıq verir

     

    Allah, Ənfal surəsində yenə Peyğəmbərimiz (s.ə.v.) dövründə yaşanan bir çətin anda möminlərə verdiyi mənəvi dəstəyi belə xəbər verir:

     

    O zaman Allah, Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin. (Ənfal surəsi, 11)

     

    Ayədə bildirilən “mürgüləmə” ifadəsi şübhəsiz, mənəvi bir yuxuya işarə edir. Allah, çətinlik anında səmimi olanların üzərinə belə bir hal vermiş və bu mənəvi dəstəyin nəticəsində möminlər rahatlıq, güvən və dayanıqlılıq duyğusunu yaşamışlar. Əslində, bu rahatlıq və güvən duyğusu, möminlərin bütün həyatlarına hakimdir. Allaha və axirətə iman edən insanlar, Allahın, hər şeyin tək hakimi olduğunu bildikləri üçün, heç bir hadisə qarşısında təlaşa qapılmazlar, hüznə və çətinliyə düşməzlər. Rəbbimizin, hər şeyi onlar üçün ən xeyirli olacaq şəkildə, axirətlərinə ən faydalı olacaq şəkildə yaratdığını bilərlər.

     

    “Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Buna görə də, möminlər Allaha təvəkkül etsinlər!” (Ali İmran surəsi, 160) ayəsinə qəti olaraq iman edər və təvəkkülün mənəvi rahatlığı içində həyatlarını davam etdirərlər. Qarşılaşdıqları çətinlik nə qədər böyük görünsə də, nəticədə, keçici olduğunun şüurundadırlar. Çünki, dünyadakı həyatın sonsuz axirət həyatı yanında çox qısa bir zaman olduğunu unutmazlar.

     

    Dünyada qarşılaşa biləcək bir çətinlik, insanın bütün həyatını əhatə etsə belə, ən çox 50-60 il davam edəcək. 50-60 il təvəkkül və gözəl əxlaqla keçirilən bir ömrünə, sonsuz cənnət həyatında yaşadığı qarşılıq isə, şübhəsiz bənzərsiz olacaq. Cənnətdə, möminlər, heç bir çətinlik, hüzn, yoxluq yaşamayacaq, əksinə, sonsuz gözəlliklər içində nəfslərinin arzu etdikləri hər şeyə qovuşacaqlar. Bu həqiqətin şüurunda olmaq, iman edən bir insanın hər hadisə qarşısında dönməz və sarsılmaz bir təvəkkül yaşamasını təmin edər. Bunun mənəvi rahatlıq və sevinc duyğusu da, dünyadakı ən böyük asanlıqlardan biridir.

     

    Unudulmamalıdır ki, bütün ürəklər və bütün güc Allahın əlindədir. Allah dilədiyi an, dilədiyi hadisəni, dilədiyi şəkildə yaradar. Rahatlıq və güvən axtaran insan, Allah vermədikcə heç vaxt buna nail ola bilməz. Quran əxlaqının insanlara gətirdiyi asanlıq, insanın, hər şeyin Allahın idarəsində olduğunu bilməsidir. Hər işində Allaha yönələn, hər işinin qarşılığını yalnız Allahdan gözləyən insan, daim Allahın köməyini və dəstəyini müxtəlif yollarla görəcək.

     

    Xeyr, Allah sizin ixtiyar sahibinizdir. O, yardım edənlərin ən yaxşısıdır. (Ali İmran surəsi, 150)

     

  • Quran əxlaqını yaşamağın asanlığı

     

    Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin, çünki, insan zəif olaraq yaradılmışdır. (Nisa surəsi, 28)

     

    Fədakar, etibarlı, şəfqətli, təvazökar, dürüst olmaq, gözəl söz söyləmək, yoxsulu yedirmək, sözünün üstündə durmaq, alınan bir əmanəti zamanında qaytarmaq, bağışlayıcı, təvəkküllü, səbirli, əliaçıq, hörmətli, etiqadlı olmaq, başqalarının haqqını yeməmək, saxtakarlıq etməmək, insanları özündən aşağı görməmək kimi gözəl xüsusiyyətlər, Allahın insanlara əmr etdiyi Quran əxlaqının əsaslarından bəziləridir.

     

    Əslində insanların hamısı vicdanlarında Allahın məmnun olacağı gözəl əxlaqın nə olduğunu çox yaxşı bilirlər. Buna baxmayaraq şeytan, insanların əksəriyyətinə bu əxlaqı yaşamağı çətin və qeyri-mümkün göstərir. Hətta gözəl əxlaqın, yalnız peyğəmbərlərə və səhabələrə xas bir üstünlük olaraq qəbul edilir. Cahil cəmiyyətin sahib olduğu bəzi gözəl əxlaq xüsusiyyətləri isə, “pambıq ipə bağlı kimidir, ən kiçik bir zərbədə qopar” deyərək qəbul olunur. Məsələn, ən ədəbli və etiqadlı bilinən bir insan belə, mənfəətinə xələl gəldiyində hiddətlənə bilər, idarəsini itirər, kobud və təcavüzkar rəftarlar göstərə bilər. Ən kiçik şeydə belə, səbir etməzlər. Cəmiyyətimizdə insanların əksəriyyəti bu uyğunsuz əxlaq anlayışını daşıyırlar. Əksər insanlar bir-birinə bənzər rəftarlar göstərdiyi üçün, cahil cəmiyyət əxlaqının məhsulları olan eqoizm, öz mənfəətlərini qorumaq üçün başqalarını əzmək, saxtakarlıq, yalançılıq, ikiüzlülük, mərhəmətsizlik, lağ-lağlıq, həyasızlıq, kobudluq, qısqanclıq və s. çox təbii xüsusiyyətlər kimi görünür. Hətta, bir adam özünü tərifləyərkən "Mən çox inadçı, qısqanc və xəsisəm" kimi son dərəcə pis xüsusiyyətləri, sanki, şəxsiyyətinin əhəmiyyətli və gözəl parçalarıymış kimi sadalaya bilər. Bu səbəbdən, insanların çox böyük bir qismi ümumiyyətlə bir-birlərini və özlərini bu mənfi xüsusiyyətləriylə qəbul edirlər.

     

    Gözəl əxlaq isə, insan üçün ən asan və ən gözəl olanıdır. İman yolunu seçən insanlar üçün, dünya həyatlarından axirətə kimi kəsilməz bir zövq, sevinc və rahatlıq vardır. Hər hansı bir əskiklikləri olsa da, bunun keçici olduğunu, dünyada əskik olan hər şeyin axirətdə sonsuza qədər özlərinə vəd edilmiş olduğunu bilərək, heç bitməyən şövqünü yaşayarlar. Sonsuz nemətə qovuşa bilmək üçün, edə biləcəkləri şey çox asandır. Qurana və vicdanlarının əmr etdiklərinə uyarlarsa, Allahın izni ilə özlərini sonsuz gözəlliklərin və kəsilməz nemətlərin məkanı olan cənnətə çatdıracaq.

     

    Şosedə gedən avtomobilləri düşünün. Hər birinin içində fərqli mədəniyyətlərdən gələn, fərqli işlərdə çalışan, xarakterləri ayrı, aldıqları təhsilləri, tipləri, qısa olaraq hər şeyləri bir-birindən fərqli olan insanlar vardır.

     

    Bu avtomobillərdən iki dənəsinin yol üzərində bir yol qəzası ilə qarşılaşdıqlarını fərz edək. Qəza edən avtomobilin içində yaralı olduğu açıqca görülən bir adam huşsuz bir haldadır. Bu vəziyyətdə avtomobillərdən biri yalnız yoluna baxıb davam edərkən, digəri avtomobili dərhal dayandırıb yaralı olan adama kömək edib, onu ən yaxın xəstəxanaya çatdırmağa və əlindən gəldiyi qədər kömək etməyə çalışar.

     

    Bu iki adam arasındakı ən əhəmiyyətli fərq, birinin vicdanının səsinə qulaq asması, digərinin isə, vicdanını dinləməməyidir. Aralarındakı mədəniyyət, təhsil, iş, irq, soy və s. fərqinin isə əslində heç bir əhəmiyyəti yoxdur. Hər insan, heç bir istisnası olmadan, həyatı boyunca doğruları söyləyən bu səsə yəni vicdana malikdir. Səhv bir hərəkət edərkən, günah işləyərkən və düşdüyü hər səhvdə vicdanı ona mütləq doğru olanı söyləyər. İnsanın vicdanının səsini yoxlaması isə son dərəcə asandır. Çünki, bir hadisə qarşısında insana doğru olanı söyləyən vicdan, daim içində ilk eşitdiyi səsdir. İnsan bu ilk səsə uyğun gəldiyi təqdirdə rahat və hüzurlu bir həyat yaşayar. Əks halda isə, bu səsə qulaqlarını tıxayıb nəfsinə uyğun bəhanələr axtarmağa, özünə bəraət qazandırmağa çalışarsa, bu vəziyyətdə də içindən çıxa bilməyəcəyi çətinliklərlə, şiddətli bir vicdan əzabı ilə birlikdə yaşamaq məcburiyyətində qalar.

     

    Bu səbəblə vicdanın varlığı, Allahın insanlara verdiyi çox böyük bir asanlıq və nemətdir. Bu nemətin qiymətini bilən və vicdanını istifadə edən insan hər vəziyyətdə doğrunu səhvdən ayıran, Allahın razı olacağı dünyada və axirətdə qurtuluşunu təmin edən bir anlayışa da sahib olar. Allah insanın qurtuluşunun yalnız vicdanını dinlədiyində olacağını belə bildirir:

     

    And olsun nəfsə və onu yaradana; Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! (Şəms surəsi, 7-9)

     

    Ayədə bildirilən "Nəfsini günahdan təmizləyən mütləq nicat tapacaqdır" ifadəsi vicdanına uyan adamın hüzur tapdığını açıqca ortaya qoyur.

     

    Vicdanının əmrlərinə uyğun gəlməyən insanların vəziyyəti isə, ayələrin davamında belə xəbər verilir.

     

    Onu (nəfsi) günaha batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 10)

     

    Allahın bəyəndiyi əxlaqı yaşamayan bir insanın vicdanı, daim yaxşını, doğrunu və gözəli əmr etməyə davam edər, bunun nəticəsində isə, adamın içində bir qarşıdurma olar. Bilə-bilə vicdansızlıq etmənin əzabı gecə-gündüz insanın yaxasını buraxmaz. Bu isə, insan üçün dünyada və axirətdə böyük bir çöküntüyə gətirər.

     

     

    Allaha təvəkkül etməyin və təslim olmağın asanlığı

     

    Hər insanın həyatında "şanssızlıq", "mənfilik", "tərslik" kimi görünən bir çox hadisə meydana gəlir. Bunlar bir insanın bütün həyatına təsir edəcək qədər şiddətli kimi görünən və ya gündəlik həyat içində qarşılaşılan kiçik hadisələr ola bilər. Quran əxlaqını yaşamayan insanlar, ən kiçiyindən ən böyüyünə qədər nəfslərinin xoşlanmadığı bu cür hadisələrlə qarşılaşdıqlarında çətinlik, narahatlıq, bədbəxtlik, gərginlik və qorxu hiss edərlər. Halbuki, bu onların çox əhəmiyyətli bir həqiqətdən xəbərsiz yaşadıqlarının nəticəsində öz özlərinə yaşatdıqları bir zülmdür. Allahın bir ayəsində bildirdiyi kimi "Allah insanlara zülm etməz, insanlar öz özlərinə zülm edərlər". Allaha iman etməyən və ya iman etdiyi halda Allahın bildirdiyi həqiqətləri görməməzlikdən gələrək yaşamağı seçən insanların dünyada aldıqları qarşılıq, həmişə narahatlıq, kədər və şübhə içində yaşamaq, bir çox qorxuya və zəifliyə sahib olmaqdır.

     

    Həqiqəti bilənlər üçün dünya həyatında qorxu, narahatlıq və ya bədbəxtlik səbəbi ola biləcək heç bir şey yoxdur. Çünki, iman edənlər, hər hadisəni Allahın qədərdə (qismətdə) yaratdığını, hər şeyin Allah Qatındakı Lövhü Məhfuz adlı kitabda olduğunu və özlərinin də, digər bütün insanlar kimi qədərin (qismətinin) tamaşaçısı olduqlarını bilərlər. Allahın yaratdığı hadisələrin özləri üçün hər vaxt gözəlliklə nəticələnəcəyini, Allahın saleh qullarının qədərini (qismətinin) ən hikmətli və özləri üçün ən xeyirli şəkildə yaratdığını heç vaxt unutmazlar.

     

    İnsanların böyük bir hissəsi taleyi bilərlər, amma, tale ilə əlaqədar səhv anlayışlara sahibdirlər. Məsələn, yalnız insanın saç rəngi, boyunun uzunluğu, hansı ana ataya sahib olacağı kimi müəyyən mövzuların insanın özünə aid olduğunu, digər mövzularda isə, əgər çox böyük səylə çalışar və əzm göstərsələr talelərini dəyişdirə biləcəklərini zənn edərlər. Halbuki, həqiqət budur: Bir insanın hər anı, bütün həyatı, həyatı boyunca qarşılaşdığı və qarşılaşacağı hər hadisə, hər danışma, hər baxış, hər səs taleyindədir. Məsələn, hal hazırda bu kitabın bu sətirlərini oxuyan adamın qədərində (taleyində) bu günün bu saatında bu sətirləri oxumaq onsuz da vardır. Allah bu anı, siz daha yaradılmadan milyonlarla il əvvəl də bilir. Bəlkə, bu kitabı oxuyana qədər insan bir çox hadisə yaşamışdır. Məsələn, tam oxumağa başlayacaq ikən qapı döyülmüş və bir yoldaşı gəlmişdir. Beləcə kitabı oxuması üç saat sonraya təxirə salınmışdır. Əlinə kitabı götürüb tam həmin anda qapının zənginin çalınması, qapını açdığında yoldaşının gülən üzü, "salam" deməsi, kitabı oxumanı üç saat təxirə salınması hərfi-hərfinə, siz bunları yaşamadan əvvəl Allahın yaddaşında, sizin yoldaşınızın və bu kitabın qədərdə (qismətdə) təyin olunmuşdur. Allah bir ayəsində bu mövzunu belə bildirir:

     

    Sən nə iş görsən, Qurandan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın! (Yunus surəsi, 61)

     

    Allah zamandan və məkandan münəzzəhdir. Zamana və məkana tabe olan isə insandır. Bu səbəblə bizim üçün keçmiş, indi və gələcək olan Allahın Qatında bir andır. Məsələn bir sonrakı ad günümüz bizim üçün gələcək olan bir andır. Həqiqətdə isə o an, Allah Qatında olub bitmişdir, Allah o anı bilir. Yəni bizim bir sonrakı ad günümüzü, nə geyinəcəyimizi, kimlərlə birlikdə olacağımızı, o gün nə edəcəyimizi Allah bu anda bilir. Eyni şəkildə iki il sonra, üç il sonra, on il, qırx il sonra nə edəcəyimizi də Allah bu anda ən incə detalına qədər əhatə etmişdir. Allah, tək bir insanın həyatının bütün günlərini, hətta bütün dəqiqələrini, saniyələrini tək bir an olaraq bildiyi kimi, kainat var olduğundan bəri yaşamış olan milyardlarla insanın və bundan sonra yaşayacaq olan bütün insanların həyatlarının hər saniyəsinə də, tək bir an olaraq hakimdir. Allah sonsuz uzun zamanı sonsuz qısa zaman içində yəni tək bir anda yaratmışdır.

     

    İnsanın, Allahın bu sonsuz elminin şüurunda olması və qədərinin (taleyinin) bir tamaşaçısı olduğunu bilməsi isə, onun üçün böyük bir nemət və asanlıqdır. Haqqıyla iman edən, səmimiyyətlə Allaha təslim olan bir mömin, özü üçün hazırlanmış olan qədərini (taleyini) ibrət götürərək, həyəcanla, şükürlə və hər an təvəkkül edərək, kreslosuna oturub bir filmi izləyən adamın rahatlığı kimi, rahat və sevinc içində izləyər.

     

    Allahı dost və vəkil qəbul edən və Allahın yaratdığı hər hadisədən, hər görünüş və hər danışmadan razı olan bir insan, qədərindən (taleyindən) də razıdır. Allah, insanları sınamaq üçün qədərlərində (taleyində) fərqli hadisələr və görünüşlər yarada bilər. Bunlar bəzən ürküdücü, bəzən çətinlik və sıxıntı kimi görünə bilər. Ancaq, bu hadisələrin hər biri Allah Qatında ən incə detallarına qədər planlı və gizlidir. Məsələn, Hz. Yusuf heç bir günahı olmadığı halda illərlə zindanda qalmışdır. Bu onun qədərindədir. Lakin, Hz. Yusuf Allahın yaratdığı qədərə məmnuniyyət və sevinclə təslim olduğu üçün, həbs ona bir çətinlik və sıxıntı deyil, əksinə bir çox nemətin və gözəlliyin qapısını açan bir hadisə olaraq görünmüşdür. Sözgəlişi, belə bir çətinlik anını asanlıqların və rahatlığın olduğu bir mühitlə müqayisə edən mömin, nemətlərin zövqünə daha dərin çatar. Hər gün bir gül bağçası görən bir insanın bu bağçadan alacağı zövq ilə, illərcə beton divardan başqa bir şey görməmiş bir insanın gül bağçasından alacağı zövq əlbəttə ki, çox fərqlidir. Çətinliyi, çirkinliyi bilən bir insan rahatlıqdan və gözəllikdən daha çox zövq alacaq və ya qədərində Hz. Yusuf kimi haqsızlığa, çətinliyə, həbs kimi bir mühitə səbr edən bir insan, bunun axirətdə özünə Allahdan bir məmnuniyyət və əcr olaraq dönəcəyini düşünərək, qədərinə sevinər. Nəticədə, qədərində olanı yaşadığını və özü daxil olmaq üzrə heç bir yaradılmış varlığın onun qədərinin (taleyinin) önünə keçə bilməyəcəyini, qədərindəki tək bir saniyəni belə dəyişdirə bilməyəcəyini bilər və qədərinə təslimiyyətin rahatlığını yaşayar.

     

    Qədərə təslim olan bir mömin əlbəttə ki, hər mövqedə əlindən gələnin ən çoxunu edərək səy göstərər. Məsələn, xəstələnən bir insan əlbəttə ki, həkimə gedəcək, dərmanlarını alacaq və xəstəliyi ilə əlaqədar hər şeyə diqqət yetirəcək. Ancaq bunları edərkən, getdiyi həkimin, aldığı dərmanların və müalicəsinin nəticəsinin də Allahın yaratdığı qədərdə (taleyində) olduğunu bilərək davranar. Bu səbəblə, heç bir zaman bədbəxtliyə, təlaşa, çətinliyə və ya pessimizmə qapılmaz. Allahın onun üçün dilədiyinin ən xeyirlisi olduğunu bilmənin hüzur və etibarını yaşayar. İnsanın hər hadisədə bir xeyir olduğuna iman etməsi son dərəcə əhəmiyyətli bir mövzudur.

     

    Möminlər şər kimi görünən hadisələrdə belə, onun özləri üçün böyük bir xeyir olduğuna iman edər və Allaha təvəkkül edərlər. Bu, yalnız möminlərə xas bir xüsusiyyətdir. Peyğəmbər əfəndimiz bir hədisində bu mövzunu belə ifadə etmişdir:

     

    “Mömin adamın vəziyyəti nə qədər çaşdırıcıdır. Çünki, hər işi onun üçün bir xeyirdir. Bu vəziyyət, yalnız , möminə xasdır, başqasına deyil. Ona, məmnun olacağı bir şey gəlsə şükr edər, bu isə xeyirdir, bir zərər gəlsə səbr edər bu da xeyirdir.” (Muslim, Zuhd 64, 2999)

     

    Allah, bütün kainatın tək hakimi, sonsuz güc sahibidir. Bu həqiqəti bilən və haqqıyla görə bilən bir insan üçün, onsuz da, Allaha təslim olaraq təvəkkül etməkdən başqa bir yol olmadığını bilər. Çünki, bir insanın qarşılaşdığı hər hadisə, hər insan, hər danışma, hər səs, Allahın nəzarəti altındadır. Peyğəmbər əfəndimizin də ifadə etdiyi kimi, Allahdan gələn hər şey mömin üçün bir gözəllik və bir xeyirdir. Möminlərin bu həqiqətin şüurunda olaraq yaşadıqları təvəkkül anlayışını Allah bir ayəsində belə bildirir:

     

    Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. (Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır! (Hud Surəsi, 56)

     

    Allaha təvəkkül etməyərək, hər şeyi öz güclərinin və nəzarətlərinin altında zənn edənlərsə, daim qorxu, hüzn, narahatlıq və pessimizm içində olarlar. Bu, bir filmi izləyən bir insanın, sanki, filmin sonunu dəyişdirə biləcəkmiş kimi həyəcana və çaxnaşmaya qapılmasına bənzəyir. Belə bir qorxu necə də son dərəcə yersiz və gərəksizdirsə, qədərini izləyən bir insanın da qarşılaşdıqları qarşısında bənzər hisslərə qapılması gərəksiz və yersizdir. Məsələn, günahsız bir insana böhtan atanlar Allahın idarəsindəki varlıqlardır və Allah, insanı sınamaq üçün bu hadisələri yaradır. Bunlara səbr etdiyi təqdirdə, Allahın razılığını, cənnətini və rəhmətini qazanmağı ümid edən mömin üçün kədərlənib, sıxılacaq heç bir səbəb olmaz. Ayrıca, Allah, möminlərə hər vaxt köməyini göndərər və onlara işlərində asanlıq təmin edər. Bu, Allahın qəti bir vədidir. Allah bir ayəsində haqsızlığa uğrayanlar üçün belə buyurub:

     

    Hər kim özünə verilən cəza kimi cəza versə, sonra yenə də təcavüzə məruz qalsa, şübhəsiz ki, Allah ona kömək edər. Həqiqətən, Allah əfv edəndir, bağışlayandır! (Həcc surəsi, 60)

     

    O halda Allahın gücünü, köməyini və dostluğunu bilən möminlər üçün, təvəkkül və təslimiyyət tək yoldur, yolların ən gözəli və ən asanıdır. Əks halda, insan qaldıra bilməyəcəyi ağır bir yükün altına girər.

     

    Ayrıca, bunu ifadə etmək lazımdır ki, burada izah edilənlər insanların özlərini və ya bir-birlərini təsəlli etmələri, çətinliklər qarşısında düşünərək özlərini təlqin etmələri üçün verilən məlumatlar deyil. Bunlar Allahın yaradışının və dünya həyatının həqiqi üzüdür. Əksinə, inanan və ya əksinə görə davranan özünü aldatmış və yanıltmış olar. Bu səbəbdən cahiliyyə, insanı ən varlı və ən rahat günlərində belə təvəkkülsüzlüyün çətinlik və gərginliyini yaşayarkən, həqiqətlərə iman edən bir mömin, hansı vəziyyətdə olursa olsun, dinin insanlara gətirdiyi asanlığı, sevinci və rahatlığı yaşayar.

     

    Allah Quranda möminlər üçün belə bildirir:

     

    Xəbəriniz olsun; Allahın vəliləri, onlar üçün qorxu yoxdur, qəmli də olmayacaqlar. Onlar iman edənlər və (Allahdan) çəkinənlərdir. Müjdə, dünya həyatında və axirət də onlarındır. Allahın sözləri üçün dəyişiklik yoxdur. Beləcə böyük 'qurtuluş və xoşbəxtlik' budur. (Yunus surəsi, 62-64)

     

    Diqqət yetirsəniz insanların böyük bir hissəsi həyatları boyunca həmişə bəzilərinin məmnuniyyətini, bəyənməsini və sevgisini qazanmağa çalışarlar. Yoldaşlarının, müdirlərinin, iş yoldaşlarının, internet dostlarının, qohumlarının, uşaqlarının… Belə bir anlayışda olan insanın həyat şəklindən geyiminə, danışma üslubundan dinlədiyi musiqiyə qədər hər şeyində, bəyənməsi hədəfləyən biri vardır. Bu, bir çox istiqamətdən çox çətin, darıxdırıcı, yorucu və bezdirici bir həyatdır. Hər şeydən əvvəl, başqa insanların məmnuniyyətini axtaran bir insan, vicdanını çox vaxt təzyiq altına almaq vəziyyətində qalacaq. Məsələn, yeni tanış olduğu bir yoldaş, qrupundan kənarlaşmamaq, özünü qəbul etdirə bilmək üçün, bu insanlarda gördüyü səhv rəftarları söyləməyə, onları xəbərdar etməyə çəkinər. Yalnız, qalmaq və ətrafındakıları itirmə qorxusu ilə həyatı boyunca vicdanının əmr etdiklərindən qaçar. Bu, əvvəlcə onda vicdanı çətinlik meydana gətirərkən bir müddət sonra tamamilə vicdanı korlaşar və artıq doğru ilə səhvi, yaxşı ilə pisi, gözəl ilə çirkini ayırd edə bilməyəcək vəziyyətə gələr.

     

    Eyni zamanda, bir çox insanı məmnun etmək üçün çalışan bir adamı gözləyən digər bir çətinlik isə, birini məmnun edərkən digərini hirsləndirmə ehtimalıdır. Bir insan yoldaşlarını məmnun edərkən ailəsini, ailəsini məmnun edərkən yoldaşlarını hirsləndirib itirə bilər. Ya da ki, müdirinin gözünə girmək üçün əlindən gələni edən bir insan, iş yoldaşlarının narazılığını qazana bilər. Bütün bunların nəticəsində isə, belə bir insanın həyatında hər vəziyyətdə narahatlıq, sıxıntı və narazılıq olacağı açıqdır.

     

    Halbuki, səmimi bir Müsəlman, yalnız Allahın məmnuniyyətini axtarar. Onun üçün ətrafındakı insanların nə deyəcəyi deyil, Allahın əmr etdikləri əhəmiyyətlidir. Allahın razılığını axtarmaq və ona görə hərəkət etmək isə, hər vaxt düzgün olan yoldur. Allah bir ayəsində, yalnız Allahın razılığını axtaranla, bir-biriylə çəkişən bir neçə başçısı (ağası) olan bir adamın vəziyyəti arasındakı fərqi belə bildirir:

     

    Allah bir məsəl çəkir: “Bir adamın bir-biri ilə çəkişən bir neçə şərikli ağası var. Başqa bir adamın da yalnız bir ağası var (təkcə ona xidmət edir). Onların hər ikisi vəziyyətcə eyni ola bilərmi?! Həmd ancaq Allaha məxsusdur, lakin, onların əksəriyyəti (bu həqiqəti) bilməz!” (Zumər surəsi, 29)

     

    Allah, öz lütfünə, razılığına uyanları qurtuluş yollarına yönəldər və onları Öz izniylə qaranlıqlardan nura çıxarar. Onları dümdüz yola yönəldib-çatdırar. (Maidə surəsi, 16)

     

    Yalnız Allahın razılığına uymaq hər insana, dünyada və axirətdə ən asan, ən gözəl və ən sevinc dolu həyatı gətirəcək.

     

    Cahiliyyə cəmiyyətlərində insanlar ümumiyyətlə öz istək və mənfəətlərini ön planda tutar, hər vaxt “Əvvəl mənim rahatım, zövqüm, rahatlığım gəlir” düşüncəsiylə hərəkət edərlər. Fədakarlıq isə, bu insanların nəfsinə çox çətin gəlir. Eqoist rəftarlar yaxşı olaraq görülərkən, fədakarlıq ümumiyyətlə saflıq olaraq düşünülər. Halbuki, Allaha iman edən və Allahın məmnuniyyətini qazanmaq üçün fədakarlıq edən biri üçün fədakarlıq, həm böyük bir qazancdır, həm də son dərəcə asan bir ibadətdir.

     

    Möminlərin fədakarlıq anlayışlarını Allah belə xəbər verir:

     

    Onlar öz nəfsləri istədikləri halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt, çətin gündən qorxuruq!” Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir. (İnsan surəsi, 8-11)

     

    Etdiyi fədakarlığın qarşılığında, ayələrdə bildirildiyi kimi, Allahın razılığını və “parıltılı bir nur və sevinc” duyacağı axirət nemətlərini qazanacağını bilən bir mömin üçün, fəda etdiklərinin heç bir əhəmiyyəti qalmaz. Keçici, qısa və əskikliklərlə dolu bir həyatda insanın ən sevdiyi mal varlığının belə, Allahın məmnuniyyətinin və bunun qarşılığında verəcəyi cənnət həyatının yanında heç bir dəyəri və gözəlliyi yoxdur. Buna iman edən möminlər, etdikləri fədakarlıq nə qədər böyük olursa olsun, nə bir təqdir gözləyərlər, nə də, digər insanları minnət altında buraxarlar.

     

    Allah, Öz razılığı üçün fədakarlıq edənlərə dünyada da bolluq və bərəkət bəxş edər, Allah yolunda verdiyindən də çoxunu o adama bağışlayar. Allah bu vədini ayələrində belə bildirir:

     

    Allah yolunda yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz Onun hüzuruna qaytarılacaqsınız. (Bəqərə surəsi, 245)

     

    Mallarını Allah yolunda infaq edənlərin nümunəsi yeddi sünbül bitirən, hər bir sünbülü yüz dənə olan bir tək toxumun nümunəsi kimidir. Allah, dilədiyinə qat-qat artırar. Allah (lütfkarlığı) bol olandır, biləndir. Mallarını Allah yolunda infaq edənlər, sonra infaq etdikləri şeyin arxasından minnət qoymayan və əziyyət verməyənlərin əcrləri Rəbləri Qatındadır, onlara qorxu yoxdur və onlar qəmli olmayacaqlar. (Bəqərə surəsi, 261-262)

     

    Allaha və axirətə inanmayanlar üçün, fədakarlığın hər cürü böyük bir itki, özlərindən və mənfəətlərindən əhəmiyyətli bir azalmadır. İnancsız olduqları üçün, əslində özlərinə böyük qazanc olacaq gözəllikləri çirkin və itki olaraq görərlər. Eqoist insanlar, malını və pulunu əlində möhkəm tutmağa çalışanlar daim çətinlik və gərginlik yaşayarlar. Evlərində oturarkən belə, davamlı bir narahatlıq içindədirlər. Əşyalarının köhnəlməsi, yeməklərinin tükənməsi, dostlarının ziyarəti bu insanlar üçün həmişə bir əziyyət və zəhmət mövzusudur. Pis əxlaqları ilə öz özlərinə zülm edər, gözəl əxlaqın gətirəcəyi hüzur və bərəkətdən məhrum qalarlar.

     

    Qullarından tövbəni qəbul edən, pislikləri bağışlayan və işlədiklərinizi bilən Odur. (Şura Surəsi, 25) ayəsində də bildirildiyi kimi, Allah bağışlayandır. Möminlər də, Allahın bəyəndiyi əxlaqa uyğun gələn kəslər olaraq, birindən pislik gördüklərində bağışlamağı, pisliyi yaxşılıqla uzaqlaşdırmağı seçərlər. Şübhəsiz, bir pislik qarşısında səbr edərək, ürəyinə salmayaraq, pislik edən kimsəni bağışlayaraq intiqam ehtirasına qapılmamaq, qəzəbini udmaq, təqva sahibi insanlara xas bir xüsusiyyətdir. Bu rəftarın qarşılığı Allahın məmnuniyyəti və sevgisidir. Allah bir ayəsində belə bildirir:

     

    O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. (Ali İmran surəsi, 134)

     

    Pisliklərə qarşı yaxşılıqla cavab verərək bağışlayan adam, eyni zamanda özü və ətrafı üçün də, barış və hüzur dolu bir mühit hazırlamış olar. Bu əlbəttə ki, daimi qarşılıqlı intiqamların alındığı, kin, nifrət, düşmənçilik duyğularının hakim olduğu çətin bir mühitlə müqayisə edilməyəcək qədər asan, dinc və rahat bir mühitdir. İnsan, ilk öncə qapıldığı hirs və kin duyğularından xilas olmaq üçün bəlkə, qısa bir müddət nəfsinin qarşısını almaq, səbir və səy göstərmək vəziyyətində qalacaq, amma qarşılığında dostluq, sevgi, hörmət və barış dolu bir ruha və mühitə sahib olacaq. Allah ayələrində möminlərə belə bildirir:

     

    Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! (Fussilət surəsi, 34-35)

     

    Allah gözəl əxlaqın qarşılığında insanlara gözəl və asan bir həyat təqdim edər. Bağışlayıcı olmayan bir insanın ətrafında həmişə düşmənləri, ona kin və nifrət edən insanlar olar, bağışlayan insanın dünyada tapdığı qarşılığı dinc və barış dolu bir həyat və səmimi dostlardır.

     

    Qürur və böyüklənmə (lovğalanma) bir insana ən çox zülm və çətinlik yaşadan pis əxlaq xüsusiyyətlərindəndir. Təvazökarlıq isə, tam əksinə, insana hüzur və rahatlıq gətirər. Qürurlu bir insan, hər şeydən əvvəl bütün xüsusiyyətlərini özünə aid zənn edər. Məsələn, zəkasının Allahın, ona verdiyi bir nemət olduğunu düşünüb şükür etmək əvəzinə zəkasıyla öyünər. Bu xüsusiyyətini gözündə böyüdərək ətrafındakıları özündən kiçik görər və alçaldar. Bu xarakterinin bir nəticəsi olaraq, ətrafındakı insanlar tərəfindən sevilməz. Bəlkə, qürurlu rəftarlarından ötəri bəzi kəslər yanında əzilib, hörmət göstərə bilərlər. Ancaq, qürurlu insana göstərilən hörmət, səmimi, həqiqətən o adama hörmət duyulduğu üçün göstərilən bir hörmət deyil, əksinə onun qürurunun, əzəmətinin şərindən xilas ola bilmək üçün, tətbiq olunan bir davranış şəklidir. Bu səbəbdən qürurlu insanların həqiqi, səmimi bir sevgi ilə özlərinə bağlı dostları olmaz. Ətraflarında həmişə özlərinə saxta bir maraq və hörmət göstərən insanlar olar.

     

    Qürurlu insanın öz-özünə etdiyi ən böyük zülmlərdən biri də, ətrafına qarşı həmişə qüsursuz və əskiksiz görünməyə çalışmasıdır. Məsələn, yuxarıda verdiyimiz nümunədə olduğu kimi, zəkası ilə qürurlanan bir insan daim ən ağıllı olma iddiasındadır. Əsla səhv etməyi qəbul edə bilməz. Səhv etdiyində bunun insanlar tərəfindən anlaşılmamağı üçün əlindən gələni edər, hətta, yalan danışaraq çox səviyyəsiz vəziyyətlərə düşər. Halbuki, insan son dərəcə aciz, nöqsanlara sahib və bu dünya həyatında həmişə sınanan bir varlıqdır. Bu səbəbdən həyatı boyunca bir çox nöqsanı və səhvi olması son dərəcə təbiidir. Bunları digər insanların gözündən yayındırmağa çalışmaq isə, son dərəcə mənasız və gərəksizdir. Allahın hər şeyi görən və bilən olması, insanın aciz və nöqsanlarla dolu bir varlıq olduğunu qavraması və insanların gözündə nə olduğunun deyil, əsl Allah Qatındakı yerinin əhəmiyyətli olduğunu bilməsi, insanın üzərindəki bu zülmü qaldıraraq, yaşadığı həyatı asan və dinc hala gətirər.

     

    İnsanların nəfslərində böyük çətinliyi yaşadan hisslərdən biri isə, özünü bəzi xüsusiyyətlərindən ötəri digərlərinə görə daha qiymətli görməsidir. Bu, əslində şeytanın da bir xüsusiyyətidir. Allah, Hz. Adəmi yaratdığında şeytana və bütün mələklərə Hz. Adəmin qarşısında səcdə etmələrini əmr etmişdir. Mələklər, Allahın gözəl əxlaqla yaratdığı varlıqlar olaraq dərhal səcdə etmişlər. Şeytan isə səcdə etməmiş və bəhanə olaraq bunları söyləmişdir:

     

    Dedi ki: “Mən ondan daha xeyirliyəm, Sən məni atəşdən yaratdın, onu isə palçıqdan yaratdın.” (Sad surəsi, 76)

     

    Ayədə də bildirildiyi kimi, şeytan özünü digər yaradılmışlara görə üstün gördüyü üçün, Allahın əmrindən çıxa biləcək qədər azğınlaşmışdır.

     

    Quranda özlərini üstün zənn etdikləri üçün azanlardan da danışılır. Məsələn, Yəhudi və Xristianlar, “Biz Allahın uşaqlarıyıq və sevdikləriyik...” (Maidə surəsi, 18) deyərək azıblar. Ancaq, onlar da daxil olmaq üzrə bütün insanlar, Allahın yaratdığı aciz varlıqlardır. Hər insan Allaha möhtacdır və Allahın özü üçün yaratdığı qədəri (taleyi) izləyir. Heç bir insan öz-özünə bəzi xüsusiyyətlər qazanıb sonra bunlarla üstünlük qazana bilməz. İnsanların üstünlüyü ancaq Allaha yaxınlıqda, təqvada göstərdikləri səy ilə ölçülə bilər.

     

    Allahın özünü imtiyazlı və üstün zənn edənlərə Quranda verdiyi cavab belədir:

     

    “Bəs onda Allah nə üçün günahlarınıza görə sizə əzab verir?” Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz. (Allah) istədiyini bağışlayar, istədiyinə əzab verər. Göylərin, yerin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir və axır dönüş də Onun hüzurunadır! (Maidə surəsi, 18)

     

    Qüsursuzluq və səhv etməmə iddiası, insan üçün çox ağır bir yükdür. İnsanlar arasında da imtiyazlı olmağa çalışarlar, buna görə, hər anlarını nəzarət altında tutarlar, həmişə iddialı bir rəftar içində olmağa səy göstərərlər. Məsələn, bir yığıncağa qatıldıqlarında ən təsirli danışanın, ən gözəl geyinənin, ən ağıllı həllər tapanın, ən çox diqqəti üzərində çəkənin özlərinin olmasını istəyərlər. Hər hansı bir qrup içindəykən belə, oturmaq üçün seçdikləri yerə qədər bir imtiyaz, fərqlilik, üstünlük havası meydana gətirməyə çalışar, əsla kütlənin və ya o otaqdakı insanlara qaynayıb-qarışmağı qəbul etməzlər. Həmişə “tikan üzərində” kimidirlər. Heç bir hərəkətləri təbii və səmimi olmaz. Etdikləri hər şey, məqsədlərinə çata bilmək üçün hesablı və planlı olar. Bunun bir insan üçün nə qədər böyük bir əzab olacağı və o adama nə qədər böyük bir yük yükləyəcəyi isə ortadadır.

     

    Ayrıca, bilinməlidir ki, belə insanlar, qürurlanaraq hədəf elədikləri heç bir şeyə çata bilməzlər. Qürurlandıqca, həm ətraflarından nifrət və əsəbilik qazanarlar, həm də, əllərindəkilər alındığında çox böyük bir çöküntü yaşayaraq həyata küsərlər. Allah bir ayəsində, qürurlananların bir nəticəyə çata bilmədiklərini belə bildirir:

     

    (Rəbbindən) özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəyində ancaq bir təkəbbür (böyüklük iddiası) vardır. Onlar heç vaxt Ona (böyüklüyə) çatmayacaqlar. Sən Allaha pənah apar. Şübhəsiz O, haqqıyla eşidən, haqqıyla görəndir. (Mömin surəsi, 56)

     

    Qürurlu insanlar, dünya həyatında heç bir əməllərinə çata bilmədikləri kimi, ən əhəmiyyətlisi, Allahın sevgisini də itirərlər. Allah bir ayəsində bunu belə bildirir:

     

    “İnsanlara yanını çevirib (böyüklənmə) və lovğalanmış olaraq yer üzündə gəzmə. Çünki Allah, böyüklük göstərib lovğalananı sevməz.” (Loğman surəsi, 18)

     

    Təvazökar insanlar isə, qürurlu insanların yaşadıqları çətinlik və təzyiqləri heç bir zaman yaşamazlar. Əlbəttə ki, hər insan hər şeyin ən gözəlinə sahib olmağı, hər şeyin ən yaxşısını etməyi istər. Ancaq, bunları dünyəvi ehtiraslarını təmin etmək, insanların gözlərində böyümək və bundan ötəri hörmət görmək üçün edənlər böyük bir səhv içindədirlər. Təvazökar bir insan isə, bunların hamısını Allahı razı etmək və savab qazanmaq üçün istər. Bir şey bacardığında və ya gözəl bir xüsusiyyətə sahib olduğunda, bunların heç birinin özündən olmadığını, hər birinin Allahın ona lütf etdiyi nemətlər olduğunu bilər. Bunları özünə verən, qədərində (taleyində) özünə müvəffəqiyyət, gözəllik və nemət yaradan Allaha şükür edər. Buna görə bunlardan hər hansı birini itirdiyində də üzülməz. Bunun da özü üçün bir sınaq olduğunu bilər və təvəkkül edər. Nə müvəffəqiyyətə, nə də müvəffəqiyyətsizliyə, nə gözəlliyə, nə də çirkinliyə sahiblənməz. Hamısının dünya həyatında onu sınamaq üçün yaradılan hadisə və səhnələr olduğunu bilərək, bu inancının ona verdiyi hüzur və rahatlığı yaşayar.

     

    Cahiliyyə insanları sıxıntıya düşdükdə dərhal yalana yönələrlər. Bunu özlərini qurtarmaq üçün asan bir üsul olaraq görərlər. Halbuki, dürüst olmamaq və yalançı olmaq bir insanın sahib olduğu ən əzab verici istiqamətlərdən biridir. Hər şeydən əvvəl, yalan danışan bir insan hər an yalanının ortaya çıxmasının narahatlığını yaşayıb və bundan ötəri alçalacaq deyə qorxar. Bundan başqa yalançı olmanın gətirdiyi vicdan çətinliyi insanlarda narahat və gərgin bir hala səbəb olar. Hər kəsin bir-birinə yalan danışdığı bir mühit isə, son dərəcə səmimiyyətsiz və riyakardır. Hər kəs bir-birinin hər söylədiyindən şübhələnər. Ən sadə mövzularda belə bir-birlərinə güvənə bilməzlər. Sözgəlişi, yeni aldıqları paltarın yaraşıb yaraşmadığını soruşduqlarında riyakar bir cavab alacaqlarından əmindirlər. Yalanlar və riya üzərinə qurulmuş bir dostluğun isə səmimi bir dostluq ola bilməyəcəyi məlumdur.

     

    Halbuki, dürüstlük, Allahdan qorxan bir insan üçün çox əhəmiyyətlidir. Allah bir ayəsində iman edənlərə dürüstlüyü belə əmr edir:

     

    Ey iman edənlər, Allahdan çəkinin və sözü doğru söyləyin. (Əhzab surəsi, 70)

     

    Dürüstlük və səmimiyyət isə, möminlərə çox gözəl, etibarlı, hüzur dolu bir həyat gətirər. Məsələn, səhv edən bir mömin bunu heç bir zaman digərlərindən gizləməz. Çünki, Allahın, özünü hər an izlədiyini, gördüyünü və eşitdiyini bilər və Allaha yönələrək tövbə edər. Möminlərin bilməsi lazımdırsa, bunu onlara da ən doğru və dürüst şəkildə izah edər. Möminlərin belə bir dürüstlük qarşısında səmimiyyətini istismar etməyəcəklərini bilər. Əksinə edilən səhv nə olursa olsun, möminlər, o adamın göstərdiyi səmimi və təvazökar rəftardan ötəri son dərəcə məmnun olar və o adama güvənərlər. Peyğəmbər əfəndimiz (s.ə.v.) də bir hədisində yalan danışmaq ilə əlaqədar olaraq belə buyurmuşdur:

     

    Heç şübhə yoxdur ki, düzgünlük yaxşılığa aparar. Yaxşılıq da cənnətə aparar. Adam doğru söyləyə-söyləyə Allah Qatında sıddıq (doğru sözlü) deyə yazılar. Yalançılıq pisə aparar. Pislik də cəhənnəmə aparar. Adam yalan söyləyə-söyləyə Allah Qatında kezzab (çox yalançı) deyə yazılar. (Buxari, Ədəb, 69; Müslim, Birr, 103-104)

     

    Səmimi, sirri olmayan, əsrarəngiz bir hava təqdim etməyən açıq bir insan çox etibarlıdır və o adamın yanında hər kəs rahatlıq tapar. Belə insanların bir yerdə olduqları bir cəmiyyət isə, çox böyük bir nemət və gözəllikdir. İnsanlar bəlkə dürüst davranaraq özlərini hörmətdən salmaqdan, çətinlik yaşamaqdan çəkinərlər ancaq, Allah dürüst və səmimi insanlara çox gözəl, etibarlı və dinc bir mühit verər. Onların axirətdə alacaqları qarşılıq isə, daha gözəl və müjdə doludur:

     

    Allah buyurdu: “Bu (qiyamət günü) elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, (möminlər üçün) böyük qurtuluşdur .” (Maidə surəsi, 119)

     

    Bu hissədə gözəl əxlaq xüsusiyyətlərindən bir neçə nümunə verilərək, əsl asan olanın və insana xoşbəxtlik gətirənin, Quran əxlaqının yaşanması olduğu izah edildi. Burada verilən nümunələri çoxaltmaq mümkündür. Çünki, hər pis xüsusiyyətindən xilas olaraq bir yaxşılıq daha qazanan adam üçün bir qat daha çox sevinc vəsiləsi meydana gələcək. Məsələn, qısqanc biri qısqanclıqla öz özünü narahat edərkən, bütün gözəlliklərdən, gözəl insanlardan, digər insanların müvəffəqiyyətlərindən zövq almağa başlayacaq. Məsələn, daha əvvəl qısqanclıq və əsəbi baxdığı yoldaşının gözəlliyi, bir anda Allahın yaradışını təriflədiyi, hər gördüyündə nemət olaraq gördüyü bir gözəlliyə və sevincə çevriləcək ya da ki, ən kiçik bir hadisədə belə səbirsiz olaraq özünə süni olaraq çətinliklər yaşadan bir insan, səbrin gözəlliyini və Allah Qatındakı dəyərini öyrənərək yaşadığında, çətin kimi görünən hadisələrdə belə səbr etmənin, təvəkkülün və təslimiyyətin böyük sevincini və rahatlığını yaşayar. Bu çətinliklərə səbir göstərdiyində qazanacağı mükafatı düşünərək sevinci qat-qat artar.

     

    Nəticə olaraq, Allaha, Allahın yaratdığı qədərə (taleyə), cənnətin və cəhənnəmin varlığına qəti olaraq iman etmək, bir insana ən böyük sevinci, hüzuru, rahatlığı və asanlığı gətirən əhəmiyyətli bir sirdir. Bunlara çatmaq üçün başqa yollar axtaranlar böyük bir yanılma içindədirlər və iman etmədən bu nemətlərə heç vaxt çata bilməzlər.

     

  • Şeytanın hiyləsi zəifdir

     

    Allah hər insanı bu dünya həyatında sınayar və hər insanın bu sınaq əsnasında göstərdiyi əxlaqa və imana görə, əsl həyatının cənnətdə və ya cəhənnəmdə olacağını təyin etmiş olar. Allahın qulları üçün yaratdığı bu sınaq isə, son dərəcə asan və rahatdır. Daha əvvəlki mövzularda da, toxunulduğu kimi, insanın öhdəsinə düşən Allahın Quranda bildirdiyi və insana dünya həyatında da xoşbəxtlik və hüzur gətirən həyatı yaşamaqdır. Allah bu imtahan içində imana qarşı mənfi bir güc olaraq şeytanı yaratmışdır. Ayələrdə bildirdiyi kimi, şeytan insanların düşüncələrinə vəsvəsə verərək, onlara imansızlığı təlqin edərək və ya bəzi insanların rəftarları və danışıqları vasitəsi ilə insanları dindən, Allahın əmrlərindən və gözəl əxlaqdan çəkindirmək üçün səy göstərir. Bunun üçün hər yolu sınayar, insanlara müxtəlif tələlər qurar. Şeytanın insanın bir düşməni olduğunu Allah bir ayəsində belə xəbər verir:

     

    Ey iman edənlər, hamınız bütövlükdə sülhə (İslama) gəlin və şeytanın yolu ilə getməyin. Çünki o, sizə açıq-aşkar bir düşməndir. (Bəqərə surəsi, 208)

     

    Bununla yanaşı Allahın ayələrində də bildirdiyi kimi, şeytanın insanlar üçün hazırladığı hiylələr çox zəifdir və iman gözüylə baxan bir insan, dərhal şeytanın tələlərini görər və pozar. Allah Quranda şeytanın etdiyi hiylələrin çox zəif olduğunu və insanlar üzərində heç bir hökmünün olmadığını xəbər vermişdir.

     

    Quranda, ”İş bitdikdə (cənnətliklər Cənnətə, cəhənnəmliklər də Cəhənnəmə daxil olduqda) Şeytan (onu məzəmmət edən kafirlərə) belə deyəcək: "Allah sizə doğru vəd vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) vəd vermişdim, amma, sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin, mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma çata bilərsiniz. Mən öncə (dünyada) sizin, məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim. Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir!” (İbrahim surəsi, 22) ayədə şeytanın heç bir məcburedici gücü olmadığı üçün, mömin güclü bir mövqedə olar. Bu da çox böyük bir rahatlıqdır.

     

    İblisin müstəqil bir gücünün olmadığı başqa ayələrdə də belə xəbər verilir:

     

    İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları onun toruna düşdülər. Halbuki, o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq, axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün şeytana belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir. (Səba surəsi, 20-21)

     

    Şeytanın insanlar üzərində heç bir məcburedici gücünün (hökmü) olmaması, insanlar üçün Allahın təyin etdiyi bir asanlıqdır. Şeytan, yalnız insana pisliyi, inkarı, pis əxlaq xüsusiyyətlərini pıçıldayar, onları inkara çağırar. Ancaq, bunları insanlara etdirmək üçün təzyiq tətbiq edə bilməz, qurduğu tələlər aydın və zəifdir. İnsan, şeytanın təsirindən xilas olmaq üçün, çox böyük bir səy və güc sərf etməsinə ehtiyac yoxdur. Çox az düşünən bir insan, həqiqətləri dərhal görər və şeytana uymaz. Məsələn, şeytan bir insana dünya həyatını çox cazibədar və bəzəkli göstərə bilər. Gənc bir insana dünya həyatını sanki heç bitməyəcəkmiş kimi hiss etdirib, onu dünyaya ehtirasla bağlamağa çalışar. Halbuki, ağlı başında və həqiqəti düşünən biri üçün şeytanın bu səyləri çox zəif və təsirsizdir. Hər insanın bir gün mütləq öləcəyini, dünya həyatında cazibədar görünən hər şeyin keçici, qısa ömürlü və cənnətdəki halıyla müqayisə edildiyində, son dərəcə əskik və kafi olmadığını bilən və düşünən bir insan, şeytanın tələsini pozmuş olar və ya şeytan bir insana qüruru və özünü bəyənməyi pıçıldayar. Ancaq acizliklərini, əskikliklərini, qüsurlarını düşünən və ya bir gün ölüb, torpağın altında çürüyəcək bir bədənə sahib olduğunu xatırlayan insan, şeytanın bu oyunundan da asanlıqla xilas olacaq.

     

    Əlbəttə ki, bu asanlıq, səmimi olaraq şeytanın təsirində yaşamaq istəməyən, Allahın razılığını, rəhmətini və cənnətini məqsəd edən saleh insanlar üçündür. Əks halda bir insan Allahdan qorxub çəkinmədikdə və Allahın razılığını istəmədikcə şeytanın tələlərinə düşməsi çox asan olacaqdır. Rəbbimiz şeytanın yalnız "ixlaslı" qullarının üzərində bir təsirinin ola bilməyəcəyini ayələrində belə xəbər verir:

     

    (İblis) dedi: "Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam; Yalnız Sənin sadiq bəndələrindən başqa!" (Sad surəsi, 82-83)

     

    Buna qarşılıq şeytanın çağırışlarına uyan və onu dost tutanların sonu isə ayədə belə açıqlanır:

     

    And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan (Qurana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər). (Furqan surəsi, 29)

     

     

  • Privacy Policy

  • Müəllif haqqında - Adnan Oktar

     

    1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. Universitet illərindən başlayaraq, həyatının hər dövründə, bu müqəddəs məqsədə xidmət etmiş və heç bir zaman çətinliklər qarşısında qorxmamışdır. Bu gün belə böyük bir səbir və dayanıqlılıq göstərərək, materialist, Darvinist və bölücü mərkəzlərdən gələn bütün təzyiqlərə qarşı fikri mübarizəsini davam etdirməkdədir.

     

    Seyid olan Hörmətli Adnan Oktarın ailə böyükləri Hülagü fitnəsi əsnasında Qafqaza köçmüş, daha sonra Osmanlı-Rus Döyüşləri və Rus-Qafqaz döyüşləri əsnasında Osmanlıya sığınıb, Ankara Balaya yerləşmişlər.

     

    Hörmətli Adnan Oktarın babası Ömər Bəyin babası Bəslən Aslan Kasayevin mənşəyi Noqay Xanlığına söykənməkdədir. Bəslən Aslan Kasayevin ailəsi Arslanoğulları olaraq da tanınmaqdadır. Arslanoğulları, 1827-ci ildə Qafqaz Qubernatorluğu üçün hazırlanan bir sənəddə adı çəkilən 21 seyid ailəsindən biridir.

     

    davamı